Dövlət statistika komitəsindən verilən məlumata görə, 2014-cü ilin yanvar-fevralında Azərbaycanın neft sənayseinə yatırılan sərmayələr 775 milyon manat təşkil edib ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 9.6% çoxdur.
2013-cü ildə neft sektoruna 4.82 milyard manat sərmayə qoyulub ki, bu da 2012-ci ilin göstəricisindən 24.2% artıqdır.
Dövlət statistika Komitəsinin məlumatında bildirilir ki. cari ilin yanvar-fevralında Azərbaycanın sənaye sektoruna 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 0.9% az, 886.7 milyon manat sərmayə yatırılıb.