Azərbaycanın neft emal zavodlarında (NEZ) 2014-cü ilin yanvar-fevralında istehsal 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 10.9% azalaraq dəyərlə 419.1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, avtomobil benzini istehsalında azalma 13.6% (198.1 min ton), naftada 47.8% (15.1 min ton), kerosində 2.1% (11.5 min ton), dizel yanacağında 15.9% (372.1 min ton) təşkil edib.
2014-cü ilin yanvar-fevralında artım ancaq sürtkü yağı istehsalında qeydə alınıb – 28.8% və ya 7.6 min ton.
Azərbaycanda iki neft emalı zavodu fəaliyyət göstərir – Azərneftyağ və Heydər Əliyev adına neft emalı zavodu. Onlar son illər 6 milyondan artıq xammal emal edirlər.