Yanvar-fevral ayları ərzində neft məhsullarının istehsalı müəssisələri tərəfindən 419,1 milyon manat həcmində məhsul istehsal olunub.
Gün.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, beləliklə də neft məhsullarının istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz azalıb.
Bu müdddətdə ölkədə avtomobil benzini istehsalı 198,1 min ton, dizel yancağı istehsalı 372,1 min ton təşkil edib. Bildirək ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə benzin istehsalında 13,6 %, dizeldə isə 15,9 % azalma olduğunu göstərir.