2013-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş xarici kapitalın ümumi həcmi 6,3 milyard dollar təşkil edib ki, burada neft-qaz sektorunun xüsusi çəkisi 82,4 faiz səviyyəsində olub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında dərc edilən tədiyyə balansında deyilir.
Bu investisiyalar Azərbaycan ərazisində əsasən “BP Exploration Ltd” (“Şahdəniz”) və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən “Azəri-Çıraq-Günəşli” yatağında aparılan neft-qaz layihələri çərçivəsində işlərin maliyyələşdirilməsi məqsədilə istifadə edilib.
AMB-nin hesablamalarına əsasən, qeyri-neft sektoruna cəlb edilmiş birbaşa investisiyaların həcmi 1,108 milyard dollar olub ki, bu da ölkəyə cəlb edilmiş birbaşa investisiyaların ümumi həcminin 17,6 faizini təşkil edib.