Bakı-Novorossiysk kəməri ilə neftin qarşılıqlı faydalı şərtlər əsasında nəqlinin davam etdirilməsi “Transneft” şirkətinin, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) marağındadır.
SOCAR-dan bildiriblər ki, hazırda qüvvədə olan müqavilənin vaxtı hələ bitməyib və şirkətlər arasında bununla bağlı intensiv danışıqlar gedir: “Danışıqlar başa çatdıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Rusiya KİV-in daha əvvəl yaydığı məlumata görə, SOCAr “Transneft” şirkətinə Bakı-Novorossiysk kəməri ilə neft nəqli üzrə tranzit müqavilənin müddətinin uzadılması ilə bağlı müraciət edib.
Hazırda Azərbaycandan neft üç neft kəməri – Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk, eləcə də dəmiryol ilə ixrac olunur. Beləliklə, Bakı-Novorossiysk kəməri ilə neftin nəqlindən imtina edilərsə, neft digər iki neft kəmərinə yönəldilə bilər.