Əvvəllər yeraltı qaz anbarlarının tutumu bizə 800 milyon kubmetr qaz saxlamağa imkan verirdi. Görülmüş işlər nəticəsində artıq bu gün anbarların tutumu 8 dəfə artırılaraq 5 milyard kubmetrə çatdırılmışdır. Belə bir bəyanatla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev dünən regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, 2013-cü ildə anbarlara 3,5 milyard kubmetr qaz vurulub. “Havaların soyuq keçdiyi günlərdə anbarlardan sistemə gündəlik 25-26 milyon kubmetr qaz verilir ki, bu da “Şahdəniz” yatağından gündəlik hasil olunan qazın həcminə bərabərdir”, – deyə Abdullayev dövlət başçısına məruzə edib.
Qeyd edək ki, Azərbaycanda iki yeraltı qaz anbarı var: “Qalmaz” və “Qaradağ”. Onlar hər ikisi SOCAR-ın balansındadırlar.