Azərbaycandan Türkiyəyə qaz nəqli dayandırılıb. Gün.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qaz nəqli Bakı-Tbilisi-Ərzurum kəmərində baş verən texniki problem səbəbindən dayandırılıb.
Məlumata görə, problem Səngəçal terminalında yaşanıb. Qeyd olunub ki, Azərbaycan tərəfi problemin həll olunması üçün dərhal işlərə başlayıb. Problemin bu gün həll olunması ehtimal olunur.
Qeyd edək ki, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 680 kilometr, diametri 42 düymdür.