Cümə axşamı, Yanvar 22, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan Prezidenti Bolqarıstanın Baş naziri ilə görüşündə həmçinin enerji məsələlərini müzakirə edib

21/02/2014
1
BAXIŞ
Share on FacebookShare on Twitter

28963Prezident İlham Əliyev dünən ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Prezidendin rəsmi saytı xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən energetika sektorunda genişləndirilməsinin önəmi vurğulandı, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Sonra görüş nümayəndə heyətinin iştirakı ilə davam etdirildi.

Azərbaycan ilə Bolqarıstan arasında siyasi sahədə əlaqələrin razılıq doğurduğunu vurğulayan dövlətimizin başçısı iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu dedi. Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin Azərbaycana ötən səfəri zamanı energetika sahəsində əməkdaşlığa dair mühüm sənədlərin imzalandığına toxunan Prezident İlham Əliyev Azərbaycanın və Bolqarıstanın tərəfdaş ölkələr kimi nəhəng regional infrastruktur layihəsinin reallaşdırılması istiqamətdə birgə fəaliyyətə başlamasından məmnunluğunu ifadə etdi. Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində birgə layihənin önəmini qeyd edən dövlətimizin başçısı bunun energetika, investisiya qoyuluşu, biznes, birgə istehsal sahələrinin yaradılması, turizm, kənd təsərrüfatı və digər sahələrdə genişləndirilməsi üçün də yaxşı imkan yaratdığını vurğuladı. Bolqarıstan şirkətlərini ölkəmizdə həyata keçirilən layihələrdə iştirak etməyə dəvət edən Prezident İlham Əliyev Azərbaycanın da Bolqarıstanda tərəfdaş və investor kimi fəaliyyət göstərməkdə maraqlı olduğunu dedi.

Dövlət başçısı iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində siyasi münasibətlərin əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin ölkəmizə səfəri zamanı əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələr aparılacağına ümidvar olduğunu bildirdi.

Yüksək qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Bolqarıstanın Baş naziri Plamen Oreşarski səfəri zamanı Azərbaycan xalqının bolqar xalqına olan dostluq münasibətinin bir daha şahidi olduğundan məmnunluğunu bildirdi. Baş nazir Bolqarıstan ilə Azərbaycan arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı.

Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən Bolqarıstanın Baş naziri sürətlə inkişaf edən Azərbaycanda nəqliyyat, kimya, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırdı.

 

Eyni kateqoriyadan Digər materiallar

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.