2013-cü ildə AÇG-nin Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri və Dərinsulu Günəşli platformalarından birlikdə gündə orta hesabla 655 370 barel və ya ümumilikdə 239 milyon barel, (illik 32,2 milyon ton) neft hasil edilib. Bu haqda Caspian Barrel-ə “BP-Azerbaijan” şirkətindən (AÇG-nin operatoru) məlumat veriblər.
Xatırladaq ki, 2012-ci ildə “Azəri-Çıraq-Günəşli” dəniz blokundan 243 milyon barel və ya 32,9 milyon neft hasil edilmişdi.
Beləliklə, 2013-cü ilin nəticələrinə görə neft hasilatı AÇG-də 2,1% azalıb.
* AÇG-də iştirak payları: BP – (35,8%), SOCAR (11,6%), Chevron (11,3%), Inpex (11%), Statoil (8,6%), ExxonMobil (8%), TPAO (6,8%), Itochu (4,3%), ONGC Videsh Ltd (OVL) (2,7%).









