1392-ci il İran təqvimi üzrə (21.03.2013-dən 21. 03.2014 ilə kimi) İran qaz kondensatı istisna olmaqla $31,4 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib. Eyni dövrdə neft-kimya məhsullarının ixracı 11 milyard ABŞ dolları təşkil edib. Bu barədə Ticarət və Sənaye nazirinin müavini Valiolla Afhamirad deyib.
Afhamirad qeyd edib ki,İran qeyd edilən dövrdə 34 milyard dollarlıq xammal və aralıq məhsulu,7 milyard dollarlıq kapital məhsulu,7.4 milyard dollarlıq istehlak məhsulları idxal edib. Beləliklə idxalın ümumi həcmi 49 milyard dollar təşkil edib.
Afhamiradın sözlərinə görə,ayrı-ayrı sahələrin idxalda payı aşağıdakı kimidir : sənaye malları – 13.3 milyard dollar,mədən məhsulları – 3.5 milyard dollar, neft-kimya məhsulları 11 milyard dollar, kənd təsərufatı məhsulları isə 3.4 milyard dollar.