Xüsusi xəbərlər

İlham Əliyev Vaşinqtonda bir sıra maraqlı görüşlər keçirir
Azərbaycan Xüsusi xəbərlər

İlham Əliyev Vaşinqtonda bir sıra maraqlı görüşlər keçirir

Bu gün Prezident İlham Əliyev Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının ictimai xadimləri – “Armitage International” şirkətinin prezidenti Riçard Armitac və Karnegi Fondunun prezidenti Uilyam Börns ilə görüşüb. Caspian Barrel dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Ötən dövrdə Azərbaycan ilə ABŞ-ın enerji, təhlükəsizlik, sülhyaratma və digər […]

SOCAR Petkimdəki payından daha 2,75% hissəni satışa çıxardı
Azərbaycan Xüsusi xəbərlər

SOCAR Petkimdəki payından daha 2,75% hissəni satışa çıxardı

Petkimdəki paydan əldə edilən gəlir SOCAR-ın Türkiyədəki digər layihələrinin maliyyələşdirilməsində istifadə ediləcəkdir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyə şirkəti «Petkim»dəki payından 2,75 %-ni xarici investisiya fonduna satıb. «Report» SOCAR-a istinadən xəbər verir ki, bu bir ticarət əməliyyatı olmaqla, bir neçə il bundan əvvəl daha ucuz qiymətə alınmış hissə sənədlərinin — səhmlərin satışı prosesidir. İndi həyata keçirilmiş bu satış hər bir […]

Xəzər dənizi vasitəsilə sixilmiş təbii qazin nəqlinin üstünlükləri və çatişmazliqlari
Azərbaycan Xüsusi xəbərlər

Xəzər dənizi vasitəsilə sixilmiş təbii qazin nəqlinin üstünlükləri və çatişmazliqlari

Enerji məsələləri üzrə analitik Dr. Vassilos Sitarasın yaxın günlərdə Xəzər Enerji və Ətraf Mühit Mərkəzi tərəfindən dərc edilmiş “Transxəzər Qaz Kəməri Layihəsinə Alternativ: Sıxılmış Təbii Qaz Üsulu” adlı analitik yazısında Xəzər dənizi vasitəsilə Türkmənistan qazının Avropa bazarına nəqli üçün alternativ üsul təklif edilmişdir. Müəllif təklifini mövcud geosiyasi şərtlərdə Transxəzər qaz kəmərinin qısa zamanda həyata keçirilməsinin qeyri-mümkün olmasıyla əsaslandırmışdır. TƏHLİL İlk […]

SOCAR hasilatı stabilləşdirmək üçün “Günəşli” yatağında 7 saylı dərin özülü istismara verib
Xüsusi xəbərlər

SOCAR hasilatı stabilləşdirmək üçün “Günəşli” yatağında 7 saylı dərin özülü istismara verib

Martın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri “Günəşli” yatağında yeni inşa edilmiş 7 saylı dərin dəniz özülünün istismara verilməsi mərasimində iştirak eediblər. SOCAR prezidenti əvvəlcə, özüldə çalışan neftçilərlə görüşərək, onları bu əlamətdar hadisə münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. Özülə baxış keçirən Şirkət prezidentinə məlumat verilmişdir ki, istismara buraxılan bu obyekt müstəqillik illərində layihələndirmə, tikinti və […]

Beynəlxalq Enerji Agentliyi: neft qiymətləri sabitləşə bilər
Azərbaycan Xüsusi xəbərlər

Beynəlxalq Enerji Agentliyi: neft qiymətləri sabitləşə bilər

Neft qiymətlərinin stabilləşmə, hətta yenidən artma ehtimalı barədə sübutlar var, Beynəlxalq Enerji Agentliyi (IEA) bəyan edib. Bu, ABŞ-da neft hasilatının azaldılması və digər ölkələrin neft tədarükünün qarşısının alınması nəticəsində baş verir. İranın prosesə qoşulması nəticəsində artım olacağına dair qorxular da özünü doğrultmayıb. Neftin qiyməti 2014-cü ilin iyunundan bəri 70 faiz düşərək bu ilin əvvəlində 27 dollara satılıb. Sənaye ölkələrində enerji […]

Bu il “BP-Azerbaijan”ın sifarişi ilə “Xankəndi” gəmisinin inşası başa çatdırılacaq
Xüsusi xəbərlər

Bu il “BP-Azerbaijan”ın sifarişi ilə “Xankəndi” gəmisinin inşası başa çatdırılacaq

“Bakı Gəmiqayırma Zavodu” MMC “Xankəndi” sualtı tikinti gəmisinin inşasını 2016-cı ildə başa çatdıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell məlumat verib. O qeyd edib ki, gəminin inşası “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində həyata keçirilir. “Həmçinin “Mərhələ-2” çərçivəsində hazırda Bakı Dərin Özüllər Zavodunda iki platformanın özülünün tikintisi davam edir. Cari ilin […]

Dövlət Neft Fondu ilin əvvəlindən hərraclarda nə qədər valyuta satıb?
Xüsusi xəbərlər

Dövlət Neft Fondu ilin əvvəlindən hərraclarda nə qədər valyuta satıb?

Təkcə mart ayının əvvəlində hərraclarda 249,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb  Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilmişdir.  Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış, bu vəsaitdən 49,7 milyon ABŞ dolları məbləğində vəsait 28 banka satılmışdır. ARDNF mətbuat xidmətinin ictimaiyyət üçün açıqlanan məlumatında bildirirlir ki, il […]

TAP qaz kəmərinin tikinti işlərinə martda başlanması planlaşdırılır
Azərbaycan Xüsusi xəbərlər

TAP qaz kəmərinin tikinti işlərinə martda başlanması planlaşdırılır

Trans-Adriatik boru kəməri (TAP) layihəsi ilə bağlı tikinti işlərinə bu ilin mart ayında başlanması nəzərdə tutulur. Bu fikirləri bu gün Azərbaycanın energetika naziri Natiq Əliyev ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edərkən səsləndirib. N.Əliyev TAP ətrafında müşahidə olunan çətinliklərdən də söz açaraq ABŞ-ın bu məsələdə mövqeyini yüksək qiymətləndirib. R.Sekuta isə ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi […]

Transxəzər qaz kəməri layihəsinə alternativ: sixilmiş qaz
Azərbaycan Xüsusi xəbərlər

Transxəzər qaz kəməri layihəsinə alternativ: sixilmiş qaz

1990-cı illərin ortalarından etibarən Avropa enerji daşıyıcılarının gündəliyində olan, lakin geosiyasi səbəblərə görə reallaşmayan Transxəzər qaz kəməri layihəsi hələ də aktuallığını qorumaqdadır. Əgər ötən on illikdə layihənin həyata keçməsinə Türkmənistandakı infrastruktur çatışmazlığı əngəl törədirdisə, yaxın zamanlarda 773 km uzunluğunda Şərq-Qərb qaz kəmərinin istismara verilməsi ilə bu problem aradan qaldırılmışdır. Türkmənistanın enerji ehtiyatlarının nəql marşrutundakı bu cür dəyişiklik 30 milyard kubmetr […]

Yanvarda Azərbaycan Rusiya vasitəsilə neft ixrac etməyib – DGK
Azərbaycan Xüsusi xəbərlər

Yanvarda Azərbaycan Rusiya vasitəsilə neft ixrac etməyib – DGK

2016-cı ilin yanvarında Azərbaycan 2 mln. 725 min 291,08 ton neft ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,8% azdır. Dövlət Gömrük Komitəsi sayğaclarının göstəricilərinə əsasən, yanvarda Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 2 mln. 288,59 min ton (həmçinin “Şahdəniz” yatağından 212 min 294,23 ton qaz kondensatı), Bakı-Supsa neft kəməri ilə 376,853 min ton, Bakı-Novorossiysk neft kəməri ilə isə neft […]

Azərbaycan ÜDM-i hansı səbəblərdən yanvarda 3,3% azaldı?
Azərbaycan Xüsusi xəbərlər

Azərbaycan ÜDM-i hansı səbəblərdən yanvarda 3,3% azaldı?

Qeyri-neft sektorunda məhsul istehsalı ilk dəfə sıfırüstü bir göstərici təşkil etdi Caspian Barrel Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2016-cı ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 4011,2 milyon manatlıq ($2554,9 milyon) və ya əvvəlki ilin yanvar ayına nisbətən 3,3% az ümumi daxili məhsul istehsal edilmişdir. Bunun əsas səbəbi neft-qaz sənayesində, tikintidə, nəqliyyat […]

SOCAR-ın Xarici Təqaüd proqramlarından 10 ildə 268 nəfər yararlanıb
Azərbaycan Xüsusi xəbərlər

SOCAR-ın Xarici Təqaüd proqramlarından 10 ildə 268 nəfər yararlanıb

SOCAR-ın Xarici Təqaüd proqramlarında 2006-2015-ci illər ərzində ümumilikdə 268 nəfər iştirak edib, onlardan 225 nəfəri məzun olub, 43 nəfər tələbə isə təhsillərini davam etdirir. Bu haqda Caspian Barrel SOCAR İnsan Resursları Departamentinə istinadən məlumat verir. 2015-ci ilə olan göstəricilərə əsasən 24 təqaüdçü bu proqrama qoşulub və hazırda Böyük Britaniya, Fransa, ABŞ, Kanada, İsveç və İtaliyanın nüfuzlu universitetlərində şirkət hesabına təhsil […]

“Neftin qiymətinin 4 dəfə ucuzlaşması fürsət idi…” — İlham Əliyev
Azərbaycan Xüsusi xəbərlər

“Neftin qiymətinin 4 dəfə ucuzlaşması fürsət idi…” — İlham Əliyev

“Azərbaycanın gələcək inkişafı neftin qiymətindən, yaxud da hasilatın həcmindən asılı olmayacaq”. Trend bildirir ki, bu fikri Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirə zamanı deyib. Ölkə başçısı bəyan edib ki, Azərbaycan müstəqilliyini bərpa edəndə iqtisadiyyat tamamilə məhv edilmişdi, yoxsulluq və durğunluq geniş vüsət alıb: “Odur ki, dünya xəritəsində […]

OPEC qiymətləri qaldırmağa nail ola biləcəkmi?
Xüsusi xəbərlər

OPEC qiymətləri qaldırmağa nail ola biləcəkmi?

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) fövqəladə toplantısının keçiriləcəyi və dünyada neftin qiymətinin qalxmasına kömək edəcək istehsalın azaldılması haqqında razılaşmanın əldə olunacağı ilə bağlı hazırda qızğın müzakirələr gedir. Bazardakı vəziyyəti və OPEC-in fəaliyyətinə həsr olunmuş yazılardan sonra qiymətlərdə baş verən dəyişiklikləri nəzərə alsaq təşkilatın süqutu ilə bağlı səslənən fikirlərin şişirdildiyini demək olar. Bu yaxınlarda Venesuelanın Neft Naziri Eulogio Del Pinonun […]

S&P SOCAR-ın kredit reytinqini “BB”-dək azaldıb
Xüsusi xəbərlər

S&P SOCAR-ın kredit reytinqini “BB”-dək azaldıb

“Standard & Poors” kredit reytinqləri xidməti SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) uzunmüddətli kredit reytinqini “BB+”-dan “BB”-dək azaldıb. Bu barədə agentlikdən məlumat verilib. Reytinqin proqnozu “stabil”dir. Həmçinin agentlik şirkətin prioritet təmin olunmayan borcu üzrə reytinqini “BB+”-dan “BB”-dək azaldıb. SOCAR-ın reytinqinin azalması Azərbaycanın suveren kredit reytinqi azaldıqdan sonra baş verib. SOCAR-ın reytinqi Azərbaycan hökumətinin zərurət yaranacağı halda ona təcili dəstək verəcəyi […]