lin birinci yarısında Azərbaycandan xaricə təbii qaz satışı 6,5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz çoxdur.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yanvar-iyun aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 24,5 faiz çox, yəni 5,2 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi isə 1,3 milyard kubmetr olub.