“Son bir neçə ildə dünyada neftə olan tələbat gündə 5 milyon barelə qədər artıb”.
“Report“un Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın energetika nazirinin müavini Pavel Sorokin Moskvada Milli Neft-Qaz Forumunda deyib.
Nazir müavini qeyd edib ki, bazara nəzarət məsələsində OPEC-lə əməkdaşlıq Rusiya üçün vacibdir.
“Digər tərəfdən, hasilat da artır. Buna görə də əməkdaşlıq vacibdir və bu məsələdə OPEC-dən olan həmkarlarımızla mövqelərimiz üst-üstə düşür. Bir ölkə, bir təşkilat bütün bazarı idarə edə bilməz”, – P.Sorokin deyib.