Vyanada konfrans çərçivəsində Səudiyyə Ərəbistanı,Venesuella,Meksika və Rusiya nümayəndələri neft hasilatını azaltmaq barədə razılığa gələ bilməyiblər. İştirakçıların fikrincə, belə bir qərar OPEC sammitin iclasında qəbul edilməlidir. Bununla belə bu il ərzində neft bazarındakı vəziyyətə nəzarət etmək barədə qərar qəbul edilib.
Venesuela xarici işlər naziri Rafael Ramirez bildirib ki,Rusiya,Venesuella,Səudiyyə Ərəbistanı və Meksika enerji nazirləri neft hasilatının azaldılması barədə razılığa gələ bilməyiblər. Onun sözlərinə görə, bu saziş OPEK üzvü olan ölkələrin nümayəndələrinin görüşlərində əldə olunur.
“Rosneft” şirkətinin xəbərində bildirilir ki,neft konfransı iştriakçıları il ərzində neft qiymətlərini monitorinq etmək barədə qərar qəbul ediblər.
Noyabrın 27-də OPEK üzvləri neft qiymətlərinin sürətlə azalması dayandırmaq üçün rəsmi neft hasilatı kvotasının azaldılması məsələsini müzakirə etməlidirlər.
Bu qərardan sonra Brent tipli xam neftin qiyməti bir barel üçün 78.21 dollara qədər azalıb.