AÇG-də hasilat tempi ilin əvvəlindən 0,62 faiz artıb
Cari ilin doqquz ay ərzində Azəri-Çıraq-Günəşli (AÇG) layihəsi çərçivəsində hasilat orta hesabla gündəlik 644 min barel və ya ümumilikdə 176,45 milyon barel, yəni 23,8 milyon ton təşkil edib.
Caspian Barrel “BP-Azərbaijan” şirkətinin bu gün ictimaiyyət üçün açıqladığı rüblük hesabata əsasən məlumat verir.
Qeyd edək ki, 2015-ci ilin yanvar-sentyabr aylarında AÇG-dən gündəlik orta hesabla 640 min barel və ya ümumilikdə 174,72 milyon barel, yəni 23,6 milyon ton neft hasil edilmişdi.
Beləliklə, 2016-cı ilin 9 ayınının yekunlarına əsasən, AÇG-dən neft hasilatı gündəlik olaraq 4 min barel və ya ümumilikdə 1,73 milyon barel (233,8 min ton) artıb. Bu isə hasilatın tempinin 0,62 faiz artımı deməkdir.