SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi #SGS şirkəti tərəfindən ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 standartlari üzrə beynəlxalq sertifikatlara layiq görülüb.
SOCAR-dan Trend-ə verilən məlumata görə, İB-də istehsalat sahəsində çalışan işçilərə sağlam və təhlükəsiz iş şəraiti yaratmaq, hər bir işçinin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə #SƏTƏMM və Keyfiyyətə Nəzarət siyasəti həyata keçirilir.