Belə bir bəyanatla bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərlə söhbətində çıxış edib.
“Hazırda SOCAR istiqrazlarına maraq böyükdür. Əgər tələbat çox olarsa, bu ilin sonuna dollarla yeni istiqrazlar buraxıla bilər”, – deyə R.Abdullayev əlavə edib.
Onun sözlərinə görə, gələn ildən isə SOCAR istiqrazlarının dollara bağlı manatla buraxılması planlaşdırılır.
Abdullayev izah edib ki, istiqraz almaq istəyənlər həmin günün məzənnəsi ilə istiqraz ala biləcək. İstənilən vaxt bu məbləği dollarla geri ala biləcək.