Rusiya

Xodorkovski təsdiq edib ki,YUKOS aktivləri uğrunda mübarizə aparmayacaq
Rusiya

Xodorkovski təsdiq edib ki,YUKOS aktivləri uğrunda mübarizə aparmayacaq

YUKOS şirkətinin keçmiş prezidenti Mixail Xodorkovski həbsdən azad olunduqdan sonra bildirib ki,YUKOS-un aktivlərini geri qaytarmaq üçün mübarizə aparmaq niyyətində deyil. Cümə günü Rusiya prezidenti Vladimir Putin Mixail Xodorkovskinin əfv edilməsi barədə sərəncam imzalayıb. The New Times qəzetinə müsahibəsində Xodorkovski bildirib ki,”Putinə yazdığı məktubda siyasətlə məşğul olmayacaq və YUKOS şirkətinin aktivləri uğrunda mübarizə aparmayacaq”.  

Qazaxıstan vasitəsilə Çinə neft tədarükü 10 milyon tona qədər artıla bilər
Rusiya

Qazaxıstan vasitəsilə Çinə neft tədarükü 10 milyon tona qədər artıla bilər

Rusiyanın Energetika naziri Aleksandr Novak jurnalistlərə bildirib ki, Rusiya-Qazaxıstan sazişlərinə uyğun olaraq Qazaxıstan vasitəsilə Çinə neft tədarükü öncə ildə 7 milyon ton,daha sonra isə 10 milyon tona qədər artırıla bilər. Novak deyib ki,”saziş 1 yanvar 2014-cü ildə qüvvəyə minir və müddəti 10 ildir.Neftin həcmi 7 milyon ton təşkil edir,ancaq 10 milyon tona qədər artıla bilər”. Tədarük svop sxemi əsasında aparılacaq. […]

Rusiya-Suriya Enerji Planı Aralıq dənizinə yönəlib
Rusiya

Rusiya-Suriya Enerji Planı Aralıq dənizinə yönəlib

“New Europe” xəbər portalının verdiyi məlumata görə, dekabrın 25-də Rusiyanın “Soyuznefteqaz” şirkəti Suriya ilə əsas neft-qaz razılaşması imzaladı. Aylarla davam edən danışıqlardan sonra Suriyanın neft naziri Süleyman Abbas tərəfindən imzalanan 25 illik müqavilə dənizdə qazma işlərini, eləcə də Aralıq dənizinin 2190 kilometr kvadrat sahəlik hissəsində inkişaf və hasilatı nəzərdə tutur. Bu müqavilə elə ilk gündən Suriyanın ərazi sularında qazma işlərinin […]

2013-cü ildə Rusiyada neft istehsalı 1.2%, qaz hasilatı isə 1.5% artıb
Rusiya

2013-cü ildə Rusiyada neft istehsalı 1.2%, qaz hasilatı isə 1.5% artıb

Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib ki, Rusiyada 2013-cü ildə neft hasilatı 1.2% artaraq 523 milyon ton səviyyəsində, qaz hasilatı isə 1.5% artaraq 664 milyard kub metr səviyyəsində gözlənilir. Elektrik enerjisi istehsalı keçən ilki səviyyədə gözlənilir, deyə Novak “Rossiya 24” kanalının efirində deyib. Rusiyanın Energetika nazirliyi proqnozlaşdırır ki, Rusiyada neft hasilatı 2020-ci ildə 505-510 milyon ton səviyyəsində olacaq.