Maraqlı Xəbərlər

OPEC-in baş katibi neft sazişinə başqa ölkələrin də qoşulacağını gözləyir
Maraqlı Xəbərlər

OPEC-in baş katibi neft sazişinə başqa ölkələrin də qoşulacağını gözləyir

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) gündəlik neft hasilatının azaldılması üzrə sazişə bu quruma daxil olmayan daha çox ölkənin qoşulacağını gözləyir. AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo bəyan edib. O deyib: “Biz – OPEC ölkələri və OPEC üzvü olmayan 11 ölkə əməkdaşlığı davam etdiririk. Gözləyirik ki, OPEC-ə daxil olmayan başqa ölkələr, o cümlədən […]

Azərbaycan nefti həftə sonu 1%-ə qədər bahalaşıb
Maraqlı Xəbərlər

Azərbaycan nefti həftə sonu 1%-ə qədər bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,46 dollar və yaxud 0,85% artıb. “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 54,89 dollara bərabər olub. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

AİB “Cənub qaz dəhlizi” layihəsinə kredit ayrılmasına razılıq verəcək – Nə vaxt?
Maraqlı Xəbərlər

AİB “Cənub qaz dəhlizi” layihəsinə kredit ayrılmasına razılıq verəcək – Nə vaxt?

İlin sonuna qədər Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası “Cənub qaz dəhlizi” layihəsinə kredit ayrılması məsələsini müzkirə edəcək. Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən brifinqdə bankın əməliyyat məsələləri üzrə vitse-prezidenti Vensay Janq deyib. Onun sözlərinə görə, maliyyələşmənin ümumi məbləği 1 milyard dollar təşkil edəcək. AİB 1966-cı ildə yaradılıb və 67 üzvü var. Trend

“Gazprom” Londonda €1 mlrd-lıq istiqrazlar yerləşdirdi
Maraqlı Xəbərlər

“Gazprom” Londonda €1 mlrd-lıq istiqrazlar yerləşdirdi

Şirkətin qiymətli kağızlarınını əsas alıcıları Avropadakı investorlar olub, deyə “Gazprombank”ın vitse-prezidenti Denis Şulakov jurnalistlərə bildirib. Caspian Barrel London birjasının yaydığı məlumata istinadən qeyd edir ki, “Gazprom” ümumi dəyəri €1 mlrd olan istiqrazlar yerləşdirib ki, bunun da illik gəlirliyi 3,125 faiz qiymətləndirilib. Qiymətli kağızların yerləşdirilməsi üzrə agentlər qismində Bank of China Limited London Branch, J.P. Morgan Securities plc, Unicredit Bank AG və Bank […]

Amerikalı seçicilərin 84%-ni 2016-cı il seçkilərində nə maraqlandırıb?
Maraqlı Xəbərlər

Amerikalı seçicilərin 84%-ni 2016-cı il seçkilərində nə maraqlandırıb?

Amerikalılar niyə demokrat namizədə yox, respublikaçı və eyni zamanda İŞ ADAMI olan Donald Trampa səs verməyə üstünlük verdilər? Buna səbəb nə idi? Pew Research Center-in araşdırmasına görə, amerikalı seçicilərinin 84% maraq dairəsini iqtisadi vəziyyətlə bağlı suallar təşkil edib. Buna da əsas verən məqam o imiş ki, 2008-2016-cı illərdə orta amerikalının maddi durum səviyyəsi arzu olunacaq səviyyədə olmayıb. Belə ki, 2015-ci […]

ABŞ-da neft ehtiyatlarının həcmi artıb
Maraqlı Xəbərlər

ABŞ-da neft ehtiyatlarının həcmi artıb

ABŞ-da neft ehtiyatlarının həcmi 3,1 faiz artıb. Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində (22-28 oktyabr) ABŞ-da neft ehtiyatlarının həcmi 3,1 faiz və ya 14,4 milyon barrel artaraq 482,6 milyon barrelə çatıb. Hesabata görə, ABŞ-ın əsas neft terminalı olan “Cushing”də neft ehtiyatları 0,1 milyon barrel artaraq 58,5 milyon barrel təşkil edib. Benzin ehtiyatları […]

Gələn ay OPEC-in ekspert komitəsinin daha bir görüşü keçiriləcək
Maraqlı Xəbərlər

Gələn ay OPEC-in ekspert komitəsinin daha bir görüşü keçiriləcək

Noyabrın 24-25-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) ekspert komitəsinin daha bir görüşünün keçirilməsi planlaşdırılır. AZƏRTAC xəbər verir ki, bu barədə Əlcəzairin enerji naziri Nurəddin Butarfe deyib. Nazir OPEC-in bu il noyabrın 30-da Vyanada keçiriləcək sammitində hasilat kvotalarını təsdiqləyəcəyini də bildirib. Qeyd edək ki, ekspert komitəsinin ilk iclası bu gün və sabah Vyanada keçiriləcək. İclasda 12 qeyri-OPEC ölkəsinin iştirakı da […]

Birjalarda neftin qiyməti
Maraqlı Xəbərlər

Birjalarda neftin qiyməti

Dünya birjalarında neftin qiymətinin ucuzlaşması davam edir. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,78 dollar ucuzlaşaraq 49,18 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,81 dollar azalaraq 49,98 dollar olub. AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,31 dollar ucuzlaşaraq 51,41 dollar təşkil […]

Neftin qiyməti kəskin ucuzlaşıb
Maraqlı Xəbərlər

Neftin qiyməti kəskin ucuzlaşıb

ABŞ-ın neft ehtiyatlarındakı artım ilə bağlı açıqlanan son rəqəmlər, eləcə də Rusiyanın neft istehsalını azaltmaq əvəzinə “dondurmaq” istədiyini açıqlaması neftin qiymətinə təsir edib. AzVision.az xəbər verir ki, “Brent” neftinin bir barreli Londonun ICE birjasında 49,80 dollara, “Layt” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 49,08 dollara satılır. Analitiklər isə neftin qiymətinin bazardakı hazırkı qeyri-müəyyən vəziyyətdə 45 dollaradək ucuzlaşa biləcəyi qənaətindədirlər.

OPEC-in Vyana yığıncağına Azərbaycan da daxil olmaqla 12 qeyri-OPEC ölkəsi dəvət olunub
Maraqlı Xəbərlər

OPEC-in Vyana yığıncağına Azərbaycan da daxil olmaqla 12 qeyri-OPEC ölkəsi dəvət olunub

Oktyabrın 28-31-də Vyanada keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin energetika nazirlərinin toplantısına Azərbaycan da daxil olmaqla kartelin tərkibində olmayan 12 neft hasilatçısı ölkə dəvət edilib. AZƏRTAC xəbər verir ki, bu barədə Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloqio del Pino deyib. Nazir bildirib ki, Azərbaycan, Rusiya, Qazaxıstan, Oman, Misir, Bəhreyn, Kolumbiya, Meksika, Trinidad və Tobaqo, […]

Birjalarda neftin qiyməti
Maraqlı Xəbərlər

Birjalarda neftin qiyməti

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,56 dollar ucuzlaşaraq 49,96 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,67 dollar azalaraq 50,79 dollar olub. AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,50 dollar ucuzlaşaraq 51,72 dollar təşkil […]

Dünya birjalarında neftin qiyməti
Maraqlı Xəbərlər

Dünya birjalarında neftin qiyməti

Dünya birjalarında neftin qiymətinin ucuzlaşması davam edir. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,33 dollar ucuzlaşaraq 50,52 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,32 dollar azalaraq 51,46 dollar olub. AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,37 dollar ucuzlaşaraq 52,22 dollar təşkil […]

Birjalarda neftin qiyməti
Maraqlı Xəbərlər

Birjalarda neftin qiyməti

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,24 dollar ucuzlaşaraq 50,61 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,18 dollar azalaraq 51,60 dollar olub. AZERTAC