İran

İran 2016-cı ildə gündəlik qaz hasilatını 700 milyon kub metrə qədər artıracaq
İran

İran 2016-cı ildə gündəlik qaz hasilatını 700 milyon kub metrə qədər artıracaq

İranın neft nazirinin müşaviri Mahmud Astanex bildirib ki,ölkəsi 2016-cı ilin aprelinə gündəlik qaz hasilatını 700 milyon kub metrə qədər artıracaq. Beləliklə,İranda ümumi qaz hasilatı gündə 50 milyon kub metrə qədər artacaq. Müşavir qeyd edib ki,yaxın bir neçə il ərzində bu göstərici gündə 1.2 milyard kub metrə qədər artacaq. Bu həcmin yarısı daxili istehlak üçün nəzərdə tutulub. Astanex qeyd edib ki,İranda […]

İran Avropa İttifaqına qaz tədarükçüsü kimi Rusiyanı əvəz edə bilməyəcək
İran

İran Avropa İttifaqına qaz tədarükçüsü kimi Rusiyanı əvəz edə bilməyəcək

Nə İran, nə də hər hansı digər ölkə Avropaya əsas qaz təchizatçısı kimi Rusiyanı əvəz edə bilməz. Bu barədə İSNA agentliyi qaz ixrac edən ölkələr forumunun baş katibi Məhəmməd Hüseyn Adeli bildirib. “Düşünmürəm ki,İran qaz ixracatçısı kimi Rusiyanı əvəz etməyə çalışır.Lakin,əgər Avropa öz enerji ehtiyaclarını ödəmək üçün onun mənbələrini şaxələndirməyə çalışırsa,onda bəzi ölkələr və İran ona “faydalı” ola bilər,- deyə […]

İranın iri qaz yataqlarının işlənməsi 2025-ci ildən tez başlamayacaq
İran

İranın iri qaz yataqlarının işlənməsi 2025-ci ildən tez başlamayacaq

İnterfaks-Azərbaycan” agentliyinin “Caspian Barrel” Neft Araşdırmaları Mərkəzi rəhbəri İlham Şabanla müsahibəsi -Dünya Bankının (DB) məruzəsindəki proqnozlara əsasən, İranın üzərindən iqtisadi sanksiyalar tamamilə qaldırıldıqdan sonra, 2016-cı ildə dünyada neftin bir barelinin qiyməti $10 azalacaq. Bu Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək? -Ondan başlayaq ki, Azərbaycan dünyada neftin qiymətlətinin müəyyən edilməsi prosesində xüsusi rol oynamır. Ölkəmizin sutkada 1 mln. barel neft istehsal etdiyi […]

“Cənubi Fars” yatağında iki fazanın istismarına sentyabrda başlanacaq
İran

“Cənubi Fars” yatağında iki fazanın istismarına sentyabrda başlanacaq

“Cənubi Fars” yatağında 15-ci və 16-cı fazalarının işlənməsi üzrə layihənin icraçı direktoru Foruzeş bildirib ki, 15-ci və 16-cı fazaların tam miqyaslı işlənməsinə gələn ay başlanacaq və bu layihənin həyata keçrilməsindən gələn gəlir ildə 6 milyard dollar təşkil edəcək. Foruzeşin sözlərinə görə, adı çəkilən fazalarda gündə 36 milyon kub metr qaz hasil edilir. Ümumilikdə isə, gündə 50 milyon kub metr qaz,77 […]

İran “Şahdəniz”də payını artırmaq niyyətini açıqladı
İran

İran “Şahdəniz”də payını artırmaq niyyətini açıqladı

Tehran Xəzər dənizində neft və qaz yataqlarının kəşfiyyatı və hasilatı sahəsində birgə işləməyə hazırdır. Bu sözləri İranın Bakıdakı səfiri Möhsün Pakayin deyib. “Biz Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən Xəzər dənizində neft və qaz yataqlarının kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlığa hazırıq”,- deyə M.Pakayin “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib. Diplomat Azərbaycan şirkətlərini Fars körfəzində İranın neft və qaz sektoruna investisiya qoymağa dəvət edib. […]

İranın iki qaz şirkəti sanksiyalardan azad edildi
İran

İranın iki qaz şirkəti sanksiyalardan azad edildi

Avropa İttifaqı İranın iki neft şirkətinə qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırıb. AZƏRTAC-ın verdiyi xəbərə görə, İran İslam Respublikası ilə Qərb dövlətləri arasında nüvə proqramına dair əldə olunan razılaşmadan sonra neft sahəsində çalışan şirkətlərə qarşı sanksiyaların ləğv edilməsi qərara alınıb. İranın “Petropars Əməliyyat və İdarəçilik” və “Petropars Ehtiyatların Mühəndisliyi” şirkətləri artıq beynəlxalq səviyyədə fəaliyyət göstərmək imkanına malikdirlər. Avropa İttifaqı Avropa […]

İran üzərindən sanksiyaların götürülməsi və bunun Azərbaycana təsirləri
İran

İran üzərindən sanksiyaların götürülməsi və bunun Azərbaycana təsirləri

İranın neft və qaz sənayesi üzərindən praktiki sanksiyalar yavaş-yavaş götürülür.  İranın “Petropars Əməliyyat və İdarəçilik” və “Petropars Ehtiyatların Mühəndisliyi” şirkətləri artıq beynəlxalq səviyyədə fəaliyyət göstərmək imkanına malikdirlər. Onlar “Cənub Pars” yatağının işlənməsi layihəsində fəaliyyət göstərirdilər. Qeyd edək ki, İran bu ilin sonundan artıq neft ixracını bərpa etmək imkanını da gerçəkləşdirəcək. Bəs İranın  neft və qaz sənayesindəki bu addımlarının Azərbaycana nə […]

BƏƏ iqtisadiyyatı İrana qarşı sanksiyaların aradan qaldırılmasından faydalanacaq – ekspertlər
İran

BƏƏ iqtisadiyyatı İrana qarşı sanksiyaların aradan qaldırılmasından faydalanacaq – ekspertlər

Birləşmiş Ərəb Əmirlikləri ekspertləri İranın nüvə proqramı ilə bağlı sazişin imzalanmasını İran ilə ticarət artımına  səbəb olacağına və BƏƏ iqtusadiyyatı üçün faydalar gətirəcəyinə inanırlar. Birləşmiş Ərəb Əmirlikləri Milli Statistika Bürosunun məlumatına görə, İran Birləşmiş Ərəb Əmirlikləri-nin əsas ticarət tərəfdaşlarından biridir: İrana qeyri-neft ixracı 2014-cü ildə 11,5 milyard dollar təşkil edib. Sanksiyalara görə İranın BƏƏ-nin qeyri-neft ixracında payı 2014-cü ildə 11%-ə […]

İran yanlız 5 ildən sonra qaz ixracatçısı olabilər
İran

İran yanlız 5 ildən sonra qaz ixracatçısı olabilər

Fitch reytinq agentliyi öz hesabatında bildirir ki,İran yanlız uzunmüddətli perspektivdə dünyanın aparıcı qaz ixracatçısı ola bilər. Fitch hesab edir ki,hətta sanksiyaların qaldırılmasından sonra İrana ən azı 5 il vaxt lazımdır ki,qaz hasilatını artırsın və ixracat üçün lazımı boru kəmərləri inşa etsin. İran beynəlxalq sanksiayaların qaldırılmasından sonra bir sıra qaz kəmərləri inşa etməyi planlaşdırır. Məsələn, İran ötürmə gücü ildə 35 milyard […]

İran Xəzər dənizində kəşfiyyat qazmasına hazırlaşır
İran

İran Xəzər dənizində kəşfiyyat qazmasına hazırlaşır

İranın North Drilling Co. şirkəti Xəzərdə yeni quyunun qazılmasına hazırlaşır. Bu barədə şirkətin direktoru Heydollax Hademi bildirib. İran Xəzər dənizində kəşfiyyat işlərini  “Əmir Kəbir” (SSDU) yarımdalma qazma qurğusu vasitəsilə aparılır. 2011-ci ilin sonuna, İran qaz yatağı aşkar etdiyini  elan etmişdi. Amma bir neçə ay sonra, İran Sərdar-e Jangal yatağının həm neft və həm də qaz ehtiva etdiyini bildirdi. Hazırda “Əmir […]

İran qaz hasilatını 10% artırıb
İran

İran qaz hasilatını 10% artırıb

İran təqvimi üzrə 2015-ci ilin birinci rübündə İranda neft və qaz kondensat hasilatı keçən ilin eyni dövrü ilə müqayisədə 5% artıb. “Cənubi Fars” yatağının 12-ci fazasının istismara verilməsindən sonra İranda qaz hasilatı 10% artıb. İran “Cənubi Fars” yatağının 13-cü fazasını 2016-cı ilin yazına qədər istismara verməyi planlaşdırır. 2015-ci ildə elektrik stansiyalarına təbii qaz tədarükünü 60 milyard kub metrə çatdırmağı planlaşdırır.

Aİ-nin iyulun 7-dək İrana qarşı sanksiyaları dondurulmasını uzadıb
İran

Aİ-nin iyulun 7-dək İrana qarşı sanksiyaları dondurulmasını uzadıb

Avropa İttifaqının məlumatında bildirilir ki, Avropa Birliyi Vyanada İranın nüvə danışıqları üzrə keçrilən danışıqlara vaxt vermək üçün Tehrana qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqinin dondurulması vaxtını uzadıb. “İranın nüvə məsələsinə uzunmüddətli həllinə nail olmaq davam edən danışıqlara daha çox vaxt vermək üçün Şura 2015-ci ilin iyulun 7-dək İranla birgə Fəaliyyət Planını çərçivəsində razılaşdırılmış AB-nin məhdudlaşdırıcı tədbirlərinin dayandırılması vaxtını uzadıb”, – deyə sənəddə […]

Qərb şirkətləri İran ilə danışıqlar apardıqlarını etiraf ediblər
İran

Qərb şirkətləri İran ilə danışıqlar apardıqlarını etiraf ediblər

“Financial Times” qəzeti yazır ki, Eni və Shell şirkətlərinin başçıları Tehranda İran rəsmiləri ilə danışıqlar aparıblar. “Shell” şirkəti rəsmisi bildirib ki, şirkət rəsmiləri və İran məmurları İran milli neft şirkətinin borcunu müzakirə ediblər. May və iyunda keçrilən danışıqlar qərb şirkətlərinin İranın enerji sektoruna artan maraqlarının göstəricisidir. “Eni” şirkətinin prezidenti Klaudio Deskalçi mayda Tehranda İranın neft naziri Bidjan Zanqenxan ilə danışıqlar […]

İran büdcəsinin gəlir hissəsində neft beşdə bir hissəni tutur
İran

İran büdcəsinin gəlir hissəsində neft beşdə bir hissəni tutur

İranın iqtisadiyyat və maliyyə nazirinin müavini,vergi təşkilatının rəhbəri Əli Əsgəri cari 1394-ci il üçün  (21.03.15 – 20.3.16) dövlət büdcəsinə vergi daxilolmalarının artdığını və neft gəlirlərinin büdcənin beşdə bir hissəsini tutur. Əli Əsgəri qeyd edib ki,büdcə qanununda cari il üçün vergilərdən $22,7 milyard,gömrük rüsümlarından $3,9 milyard,ümumilikdə isə vergi və gömrük rüsümlarından daxilolmaların ümumi həcmi $26,6 milyard təşkil edəcək. Eyni zamandan neft […]

İran Tacigistan və Ermənistana neft məhsullarının ixracını genişləndirmək niyyətindədir
İran

İran Tacigistan və Ermənistana neft məhsullarının ixracını genişləndirmək niyyətindədir

İranın neft məhsullarının paylama şirkətinin direktor müavini M.Riyahi bildirib ki,2015-ci ildə İran Ermənistan və Tacigistana dizel yancağı tədarük edəcək. İranda böyük həcmdə tələb olunmayan maye yanacaq yaranıb ki,bunu da qonşu ölkələrə ixrac eləmək lazımdır. Artıq dizel yanacağının, maye qazın, kerosin və mazutun ixracına başlanıb. Dizel yanacağı Əfqanıstan, İraq və Naxçıvana, 2015-ci ildən isə İraq Kürdüstanına tədarük edilir.