İran

İranla Türkmənistan arasında qaz qalmaqalı
İran

İranla Türkmənistan arasında qaz qalmaqalı

İRNA agentliyi İran Neft və Qaz Nazirliyinə istinadən Türkmənistanın İranın şərtləri ilə razılaşmayacağı halda Tehranın Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcəyi barədə xəbər yayıb. Buna səbəb bu ilin əvvəlində Türkmənistanın İrana qaz ixracını dayandırmasıdır. Tehranın Aşqabaddan hansı məbləğdə kompensasiya tələb etdiyini açıqlamayan İran Milli Qaz Şirkətinin rəhbəri Həmid Reza Araki bildirib ki, kompensasiya məbləği iddiada əksini tapıb və həmin iddia Aşqabada […]

İranın özəl neft-kimya şirkətləri Azərbaycana sərmayə yatıra bilər
İran

İranın özəl neft-kimya şirkətləri Azərbaycana sərmayə yatıra bilər

Azərbaycanda daimi İran nümayəndə heyəti var və onlar azərbaycanlı tərəfdaşları ilə işləyirlər İranın Milli Neft-Kimya Şirkətinin (NIPC) investisiya direktoru Hosseyn Alimoradın  “Report”un Rusiya bürosuna müsahibəsi: – Azərbaycanın neft-kimya sənayesinin inkişafını necə qiymətləndirirsiniz? – Azərbaycanın neft-kimya sənayesinin inkişaf etdiyini görürük. Amma əlavə investisiyalar olmadan əhəmiyyətli irəliləyişə nail olmaq çətin olacaq. Çünki dünyada neft-kimya bazarı çox sərtdir. İran bu sektorun inkişafında Azərbaycana […]

SOCAR Belarusa neft nəqlini dayandırdıqdan sonra BelOil İranla anlaşıb
İran

SOCAR Belarusa neft nəqlini dayandırdıqdan sonra BelOil İranla anlaşıb

Belarusun “BelOil” şirkəti İranın Milli Neft Şirkəti ilə (NIOC) 80 min ton neftin alınmasına dair müqavilə imzalayıb. “APA-Economics” xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən yazır. Bu, Belarusla İran arasında imzalanan ilk belə müqavilədir. “BelOil” və NIOC informasiyanı şərh etməyiblər. Bildirilir ki, tankerlərin yüklənməsinə fevral ayının 20-də başlanacaq. Nəqlin logistikası anlaşılan deyil. Böyük ehtimalla, İran nefti Belarus […]

SOCAR İrana müştərək şirkət yaratmaq təklifi verib
İran

SOCAR İrana müştərək şirkət yaratmaq təklifi verib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İranın Milli Neft Şirkətinə müştərək şirkət yaratmağı təklif edib Bunu APA-ya İranın neft nazirinin müavini və Milli Neft Şirkətinin baş direktoru Əli Kardor deyib. Ə. Kardor müştərək beynəlxalq şirkətin təsis edilməsi üçün şərtləri açıqlayıb: “Əsas odur ki, qarşıya məqsəd qoyulsun, işə başlamaq üçün neft yatağı müəyyənləşdirilsin. Hələlik bu məsələ üzərində danışıqlar gedir. Bu məsələlər […]

Bu il İranın neft gəlirləri 50 mlrd. dollara çata bilər
İran

Bu il İranın neft gəlirləri 50 mlrd. dollara çata bilər

İranın növbəti yeni yerli təqvim ilində (Martın 21-dən başlayır. – Report) xam neft və kondensat ixracından gəlirləri neftin qiyməti bir barel üçün 55 dollar civarında qalmaq şərti ilə 45-50 milyard dollara çatacaq. IRNA agentliyi xəbər verir ki, bunu İranın neft naziri Bijan Zanqane deyib. “İranın gələn il neft ixracından gəlirləri 50 milyard dollara çatacaq”, – deyə o bildirib. Nazirin sözlərinə […]

İranın neft naziri:”Biz bu layihəyə qoşula bilərik”
İran

İranın neft naziri:”Biz bu layihəyə qoşula bilərik”

“İqtisadi nöqteyi-nəzərdən TANAP layihəsi İran üçün sərfəli olarsa, biz bu layihəyə qoşula bilərik”. Bunu İranın neft nazirinin müavini və İran Milli Qaz Şirkətinin baş direktoru Həmidrza İraqi bildirib. “İran Milli Qaz Şirkəti 50 ildən çoxdur fəaliyyət göstərir. Bizim siyasətimizin əsası ondan ibarətdir ki, ixracımız iqtisadi baxımdan səmərəli olmalıdır. Bu, olduqca önəmli amildir. TANAP layihəsi də bizim üçün səmərəli olarsa, layihəyə qoşula bilərik. […]

Tehran və Shell İranın neft-qaz yataqlarına dair saziş imzalayıblar
İran

Tehran və Shell İranın neft-qaz yataqlarına dair saziş imzalayıblar

İran rəsmilərinin verdiyi xəbərə görə Tehran və Royal Dutch Shell şirkəti arasında neft və qaz yataqlarının inkişaf etdirilməsinə dair ilkin saziş imzalanıb. Shell dünyanın ikinci neft-qaz nəhəngidir. İngilis-holland şirkətinin məlumatında deyilir ki, Shell və İran Dövlət Neft Şirkəti arasında “potensial əməkdaşlıq sahələrinin daha geniş araşdırılması” barədə niyyət memorandumu imzalanıb. Şirkət razılaşmanın təfərrüatları barədə məlumat vermir. Təhlilçilər bildirirlər ki, bu xəbər […]

Xəzərdə İran neft şirkətinə məxsus helikopter qəzaya uğrayıb
İran

Xəzərdə İran neft şirkətinə məxsus helikopter qəzaya uğrayıb

“Əmir Kəbir” neft platformasından xəstə gətirən helikopter dənizə düşdü. Xəzər dənizində İrana məxsus vertolyotun qəzaya uğraması nəticəsində 5 nəfər ölüb. Bu barədə noyabrın 27-də İranın IRINN dövlət televiziyası Behşehr valisi Seyid Xalid Səccadiyə istinadən   məlumat yayıb. Onun sözlərinə görə, İran Milli Neft Şirkətinə (NİCO) məxsus “təcili tibbi yardım” helikopteri “Əmir Kəbir” neft platformasından xəstə gətirərkən dənizə düşüb. Vertolyotda olan 5 nəfərin […]

İran və Azərbaycan elektrik enerjisi mübadiləsinin gücünü artırıb
İran

İran və Azərbaycan elektrik enerjisi mübadiləsinin gücünü artırıb

İran və Azərbaycan arasında elektrik enerjisi mübadiləsinin gücü 2,5 dəfə artıb. Bu barədə Trend-ə eksklüziv olaraq İranın energetika naziri Həmid Çitçiyan deyib. Onun sözlərinə görə, İran və Azərbaycan arasında yeni 330 klovoltluq 52 km. olan elektrik ötürücü xətləri istismara verilib: “Bununla da İran və Azərbaycan elektrik enerjisi mübadiləsini 200 meqavatdan 500 meqavata qədər artırırıb”. İranlı nazir həmçinin “Azərenerji” rəhbərliyi ilə […]

İran şahının neft strategiyası necə iflasa uğradı
İran

İran şahının neft strategiyası necə iflasa uğradı

“Neft pulları ilə tarixçilərə və sosioloqlara məlum olmayan yeni bir sinif yaranır: Petroburjuaziya. Petroburjuaziya heç nə istehsal etmir, amma hüdudsuz ölçülərdə istehlak edir.” “Tehranda göz qamaşdıran möhtəşəm villalar itkilir. Onlardan bəzilərinin qiyməti bir milyon dollardan bahadır… Belə villalar sıravi iranlıların sığındığı, işığın, içməli suyun olmadığı darısqal daxmalardan bir neçə küçə aralıda yerləşir.” Polyak jurnalisti bu romanı 31 il qabaq İran […]

İran Avropaya gündəlik neft hasilatının 35% ixrac edir
İran

İran Avropaya gündəlik neft hasilatının 35% ixrac edir

İranın Milli Neft Şirkətinin (NIOC) beynəlxalq əlaqələr direkroru  Seyid Möhsün Qamsari Mehr agentliyinə müsahibəsində bildirib ki,İran gündəlik neft hasilatının 35% Avropaya ixrac edir. Qamsari dəqiq rəqəmlər verməkdən yayınsada,ancaq bildirib ki,İran neftinin Avropya ixracı İrana qarşı sanksiyaların tətbiq edildiyi 2011-ci ildən sonra ən yüksək səviyyədədir. Agentliy qeyd edir ki, statistikaya görə hazırda İran gündə 1.7 milyon bareldən 1.75 milyon barelə qədər neft […]

JP Morgan İranda neft hasilatının artımını gözləyir
İran

JP Morgan İranda neft hasilatının artımını gözləyir

Amerikanın JP Morgan bankının proqnozuna görə, İran 2016-cı ilin ortalarına gündəlik neft hasilatını 3.5 milyon barelə qədər artıracaq. İkinci rübdə analitiklər ölkədə neft hasilatını birinci rübdəki 3.1 milyon barelə qarşı gündə 3.3 milyon barel səviyyəsində gözləyir. Cari ilin nəticələrinə görə,İranda orta günlük neft hasilatı 3.3 milyon barel təşkil edəcək. JP Morgan bankının analitikləri hesab edirlər ki,2017-ci ildə İranda gündəlik neft […]

Xəzər dənizi vasitəsilə Rusiya və İran arasında yüklərin daşınmasına başlanıb
İran

Xəzər dənizi vasitəsilə Rusiya və İran arasında yüklərin daşınmasına başlanıb

FESCO nəqliyyat qrupu Olya dəniz ticarət limanı ilə birlikdə Rusiya və İran arasında yüklərin daşınması üçün FESCO Russia Iran Service (FRIS) trans-xəzər intermodal xidmətini işə salır. Xidmətə Xəzər dənizi ilə daşınma,İran ərazisi ilə avtomobil,Rusiya ərazisi ilə isə dəmir və ya avtomobil daşımaları,həmçinin Olya,Nouşehr və Bandar Ənzəli limanlarında yüklərin boşaldılması daxildir. 2016-cı ilin 13 martında sənaye malları ilə dolu konteynerlərin test […]

Sanksiyaların ləğvindən sonra ilk İran neft tankeri Avropaya çatıb
İran

Sanksiyaların ləğvindən sonra ilk İran neft tankeri Avropaya çatıb

Brüsselin İran üzərində olan sanksiyaların ləğvindən sonra İrana məxsus “Monte Toledo” adlı ilk neft tankerin Avropaya gəlib. Bu barədə Bloomberg məlumat yayıb. Məlumata əsasən, təxminən 1 milyon barrel xam neft daşıyan “Monte Toledo” tankeri İspaniyanın Alhesirase limanına daxil olub və artıq “qara qızılın” boşaldılmasına başlanılıb. Qeyd olunur ki, tanker İrandan Avropaya 17 günə çatıb.

İran mart ayında Avropanın hesabına neft ixracını artırmaq istəyir
İran

İran mart ayında Avropanın hesabına neft ixracını artırmaq istəyir

“Reyter” agentliyinə iki mənbədən daxil olan məlumata görə,İran martda Avropaya tədarük hesabına neft ixracını gündə 1.65 milyon barelə qədər artırmaq istəyir. Onların sözlərinə görə, İran Milli Neft Şirkəti (NIOC) Total və Cepsa şirkətləri ilə martın 1-dən qüvvəyə minən müqavilələr hesabına mart ayından Avropada gündə 250.000-300.000 min barel neft satmağı planlaşdırır. Total şirkəti ilə müqavilə gündə 200.000 min barel neft,Cepsa ilə […]