Xüsusi xəbərlər

Eni Aralıq dənizində böyük qaz yatağı aşkar edib
Xüsusi xəbərlər

Eni Aralıq dənizində böyük qaz yatağı aşkar edib

Eni şirkətinin internet səhifəsində yerləşdirilən məlumata görə,şirkət Aralıq dənizində böyük qaz yatağı aşkar edib. Şirkətin məlumatına görə,super nəhəng qaz yatağı Aralıq dənizinin Misir sularında kəşf edilib. Yeni yatağın sahəsi 100 kvadrat kilometrdir və potensial qaz ehtiyatı 850 milyard kub metr qaz ola bilər. Şirkətin məlumatında bildirilir ki,baş direktor Klaudio Deskalçi Misir prezidentini məlumatlandırmaq üçün Qahirəyə uçub. “Yataq istismara verildikdən sonra […]

TAP kəmərinin kompressorlarını “Siemens” şirkəti təmin edəcək
Xüsusi xəbərlər

TAP kəmərinin kompressorlarını “Siemens” şirkəti təmin edəcək

Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan qazın Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz kəmərini (TAP) turboqaz kompressorları ilə Almaniyanın “Siemens” şirkəti təchiz edəcək. “Report”un boru kəmərinin işlənməsi ilə məşğul olan “TAP AG” konsorsiumuna istinadən verdiyi xəbərə görə, bununla bağlı hər iki şirkət arasında müqavilə imzalanıb. Məlumata görə, 6 qaz kompressorundan yarısı TAP-ın Yunanıstanın Kipoi ərazisi yaxınlığındakı kompressor stansiyasında, yarısı isə Albaniyanın Fier ərazisi yaxınlığındakı stansiyada quraşdırılacaq. […]

İran ciddi-cəhdlə SOCAR-la Xəzərdə birgə kəşfiyyat layihəsinə başlamaq istəyir
Xüsusi xəbərlər

İran ciddi-cəhdlə SOCAR-la Xəzərdə birgə kəşfiyyat layihəsinə başlamaq istəyir

İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkətinin (KEPCO) geologiya, geofizika, geodeziya, qazma və hasilat üzrə aparıcı mütəxəssisləri Azərbaycana səfərin yekunlarını müzakirə etmək məqsədi ilə SOCAR-ın baş ofisində şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ilə görüşüblər. SOCAR mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Xoşbəxt Yusifzadə ölkələrimiz arasında neft-qaz sənayesində əməkdaşlığın çoxillik tarixə malik olduğunu xatırladıb, qeyd edib ki, uzun fasilədən sonra neft-qaz yataqlarının axtarışı və işlənməsi sahəsində əməkdaşlıq imkanı […]

Azərbaycanın qaz ixrac kəmərində yeni terror, yenə eyni yerdə – video
Xüsusi xəbərlər

Azərbaycanın qaz ixrac kəmərində yeni terror, yenə eyni yerdə – video

PKK terrorçuları bu gecə Qarsın Sarıqamış qəsəbəsindən keçən Bakı-Tiflis-Ərzurum kəmərini partladıblar. Musavat.com “İhlas” agentliiyinə istinadən xəbər verir ki, partlayışdan sonra alov onlarla metr yüksəlib, qaz nəqli dayandırılıb. Təhlükəsizlik qüvvələrinin tədbirləri gücləndirdiyi bölgəyə giriş qadağan edilib. Caspian Barrel xatırladır ki, bu kəmərdə terror hadisəsi bundan üç həftə əvvəl eyni ərazidə qeydə alınmışdı. O zaman avqustun 4-də gecə boru partladılan zaman qaz […]

BP “Şahdəniz” qaz yatağında hasilat işlərini bərpa edib
Xüsusi xəbərlər

BP “Şahdəniz” qaz yatağında hasilat işlərini bərpa edib

Ötən gün axşam BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən ən böyük qaz kondensat yatağı “Şahdəniz”də təbii qazın hasilatını bərpa edib. Bu barədə Trend-ə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib. O bildirib ki, bu ilin avqust ayında platformada işlər profilaktik tədbirlərin keçirilməsi məqsədilə dayandırılmışdı: “Ötən gün “Şahdəniz” platformasında qaz hasilatını bərpa etdik. Yatağın tam gücü ilə işlək vəziyyətə […]

Noble Energy və İsrail hökuməti Leviafan qaz layihəsində razılığa gəliblər
Xüsusi xəbərlər

Noble Energy və İsrail hökuməti Leviafan qaz layihəsində razılığa gəliblər

B.Netanyahu hökuməti Aralıq dənizi sahəsində “Leviafan” qaz yatağının işlənməsi barədə ABŞ-İsrail neft – qaz konsorsiumu “Noble Energy” ilə razılağa gəlib. Ancaq bağlanılacaq sazişdə yataqdan hasil ediləcək qazın İsrail şirkətlərinə satılacaq qiymətinə limit qoyulur. “Noble Energy” həmçinin 2020-ci ilə kimi layihəyə 1.5 milyard ABŞ dolları sərmayə yatırmaq öhdəliyi götürür. Istehlakçılar ilə müqavilə isə 2018-ci ildən gec olmayaraq imzalanmalıdır. Həmçinin şirkət 2020-ci […]

Yunanıstan və Azərbaycan “DESFA”nın satışını müzakirə etdi
Xüsusi xəbərlər

Yunanıstan və Azərbaycan “DESFA”nın satışını müzakirə etdi

Yunanıstan və Azərbaycan qaz kəmərləri sistemi operatoru “DESFA”nın səhmlər paketinin SOCAR-a (Azərbaycan Dövlət Neft Şirkəti) satılması məsələsini müzakirə edib. Trend xəbər verir ki, bu barədə Yunanıstan İstehsal İslahatları, Ətraf Mühitin Mühafizəsi və Energetika nazirliyinin yaydığı məlumatda deyilir. Məlumatda bildirilir ki, məsələ Yunanıstanın Energetika naziri Panos Skurletis ilə “SOCAR Energy S.A. Greece” şirkətinin baş direktoru Anar Məmmədovun görüşü zamanı müzakirə edilib. […]

“LUKoil” Xəzərdəki layihə üçün 1 milyard dəyərində kredit sazişi imzaladı
Xüsusi xəbərlər

“LUKoil” Xəzərdəki layihə üçün 1 milyard dəyərində kredit sazişi imzaladı

Bu gün Bakıda “Mariott Absheron”  otelində “LUKoil” şirkətinin “Şahdəniz” yatağındakı “Mərhələ-2” layihəsindəki payının maliyyələşdirilməsi üzrə kredit sazinin imzalanma mərasimi keçirilib. Rusiya şirkəti layihənin işlənməsi üzrə maliyyələşdirilməsi üçün $1 mlrd. məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Caspian Barrel-in məlumatına görə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Asiya İnkişaf Bankı (AİB) hər biri eyni məbləğdə olmaqla cəmi 500 milyon dollar kredit ayırıblar. […]

İran Azərbaycana Fars körfəzi regionuna neft tədarük etməyi təklif etdi
Xüsusi xəbərlər

İran Azərbaycana Fars körfəzi regionuna neft tədarük etməyi təklif etdi

İran Azərbaycan neftinin Fars körfəzi regionuna “svop” şərtlərlə tədarükünü həyata keçirməyə hazırdır. Trend-in xüsusi müxbirinin verdiyi məlumata əsasən, bu barədə Tehranda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşən İranın neft naziri Bijən Namdar Zəngənə deyib. O bildirib ki, nefti Tehran NEZ-ə İranın Xəzər dənizində yerləşən Neka limanından nəql etmək olar: “Əvəzində Azərbaycan İranın cənub sərhədlərindəki nefti əldə edəcək”. B.N.Zəngənə […]

Bakı-Tbilisi-Ərzurum boru kəmərinin eyni yerində təkrar partlayış
Xüsusi xəbərlər

Bakı-Tbilisi-Ərzurum boru kəmərinin eyni yerində təkrar partlayış

Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Qars vilayətinin Sarıqamış rayonu əraizindən keçən hissəsində partlayış baş verib. Bu haqda məlumat yayan “Anadolu” agentliyi bildirir ki, partlayışın səbəbi hələlik məlum deyil. Hazırda boru kəmərində qazın nəqli dayandırılıb. Caspian Barrel xatırladır ki, Türkiyənin Qars vilayətinin Sarıqamış rayonu əraizində Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə bağlı bu birinci fövqəladə yaşanan hal deyil. 29 may 2012-ci il tarixində də […]

Heydər Əliyev adına NEZ-də topoqrafik tədqiqat işlərinə start verildi
Xüsusi xəbərlər

Heydər Əliyev adına NEZ-də topoqrafik tədqiqat işlərinə start verildi

Yanacaq enerji təhlükəsizliyinin etibarlı təminatı, daxili və xarici bazarlar üçün rəqabət qabiliyyətli neft məhsullarının istehsalı, avtomobil benzinləri və dizel yanacağının AVRO 5 ekoloji standartlarının tələblərinə cavab verməsi, neft emalı məhsullarına ölkə daxili tələbatın uzunmüddətli təmin edilməsi, istismar xərclərinin azaldılması və gəlirliyin artırılması, “Azərikimya” İB-in xammalla etibarlı təmin olunması, ekoloji mühitin sağlamlaşdırılması məqsədilə yaxın gələcəkdə Heydər Əliyev adına Neft Emalı Zavodunda […]

Dünya Bankı: 10 il sonra belə neft 90 dollara satılmayacaq
Xüsusi xəbərlər

Dünya Bankı: 10 il sonra belə neft 90 dollara satılmayacaq

Dünya Bankı əmtəə bazarları üzrə uzunmüddətli Market Outlook hesabatını açıqlayıb. Hesabata görə, neftin qiyməti yaxın 10 ildə stabil olaraq artıma doğru irəliləməlidir. Ancaq Dünya Bankı ekspertlərinin proqnozlarına görə, 10 il sonra “qara qızılın” bir barelinin dəyəri inflyasiya faktoru nəzərə alındığı zaman 2010-cu il qiymətləri ilə müqayisədə $70,8 təşkil edəcək. Beləliklə, Dünya Bankının hesabatına görə, 2015-ci ildə nominal qiymətlərlə bir barel […]

İndiyə qədər Neft Fondundan  dövlət büdcəsinə köçürmələr 59 mlrd. manatı ötüb
Xüsusi xəbərlər

İndiyə qədər Neft Fondundan dövlət büdcəsinə köçürmələr 59 mlrd. manatı ötüb

2003-cü ildən 2015-ci il iyulun 1-nə qədər Dövlət Neft Fondundan (ARDNF) Azərbaycanın dövlət büdcəsinə transfertlərin ümumi həcmi 59 mlrd. 333,6 mln. manat təşkil edib. Bu haqda Caspian Barrel ARDNF-ın saytına istinadən xəbər verir. Qeyd edək ki, 2003-2014-cü illərdə dövlət büdcəsinə Neft Fondundan 55 mlrd 531,5 mln. manat vəsait daxil olmuşdu. 2015-ci ilin ilk altı ayı ərzində isə bu göstərici 3 […]

Neft Fondunun gəlirləri iki dəfədən çox azalıb
Xüsusi xəbərlər

Neft Fondunun gəlirləri iki dəfədən çox azalıb

2015-ci ilin birinci yarısının yekunlarına görə, Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 4 milyard 54 milyon manat vəsait daxil olub (təqribən $3,9 milyard – Caspian Barrel). Bu haqda Fondun ikinci rübün yekunları ilə bağlı açıqlamasında məlumat verilir.             Qeyd edək ki, 2014-cü ilin yanvar-iyununda ARDNF-a daxil olan vəsaitlərin ümumi məbləği 6 milyard 493,6 milyon və ya $8,3 milyard təşkil etmişdi. Bu […]

Rövnəq Abdullayev  SOCAR-ın gələcək planlarını açıqlayıb
Xüsusi xəbərlər

Rövnəq Abdullayev SOCAR-ın gələcək planlarını açıqlayıb

Yunanıstanın DESFA şirkətinin aqibətinə toxunan Rövnəq müəllim bildirib ki, SOCAR Afinaya hələ heç bir pul ödəməyib,  Məşədi İbad demiş, mal almamış pul vermək olmaz ANS-ə eksklüziv müsahibəsində qurumun prezidenti gələcək planlardan danışıb. – Rövnəq müəllim, hər vaxtınız xeyir. Yaponiyaya xeyir ola ilin-günün bu vaxtında birdən-birə? – Biz Yaponiyaya əsasən neft-qaz, qaz emalı və qaz-kimya kompleksinin tikintisini müzakirə etmək üçün getmişdik. […]