Azərbaycan

Asiya İnfrastruktur İnvestisiya Bankı TANAP-a kredit ayırdı
Azərbaycan Materiallar

Asiya İnfrastruktur İnvestisiya Bankı TANAP-a kredit ayırdı

26 yanvar 2017-ci il tarixdə Azərbaycan hökuməti, “Cənub Qaz Dəhlizi” (CQD) QSC və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) arasında Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin dəstəklənməsi məqsədilə kredit ayrılmasına dair müqavilə imzalanıb. “Report” xəbər verir ki, 600 mln. ABŞ dolları məbləğində olan kredit sazişini CQD-nin baş direktoru Əfqan İsayev və AIIB-in İnvestisiya əməliyyatları Departamentinin baş direktoru Teravaninton Supi (Teravaninthorn Supee), kredit […]

SOCAR: “Biz Avropa və Türkiyədə enerji təchizatı boşluğunu doldururuq”
Azərbaycan Materiallar

SOCAR: “Biz Avropa və Türkiyədə enerji təchizatı boşluğunu doldururuq”

Azərbaycan neft və qazdan daha az asılı olmaq niyyətindədir. “Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Almaniya KİV-inə müsahibəsində bildirib. O qeyd edib ki, dünya bazarında neftin qiymətinin düşməsi ölkəyə təsirini göstərib: “Buna baxmayaraq Azərbaycan hökuməti alternativlərə baxır və iqtisadiyyatı daha da şaxələndirməyə çalışır. Bu, həm də SOCAR üçün bir fürsətdir. […]

Bakı enerji infrastrukturunun modernləşdirilməsində Aİ-nin iştirakında maraqlıdır – Əliyev
Azərbaycan Xüsusi xəbərlər

Bakı enerji infrastrukturunun modernləşdirilməsində Aİ-nin iştirakında maraqlıdır – Əliyev

Prezident İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşdə ölkənin enerji infrastrukturunun modernləşdirilməsində Avropa İttifaqının (Aİ) iştirakında maraqlı olduğunu deyib. Bu barədə dövlət başçısının saytında məlumat verilir. İ.Əliyev Azərbaycanda enerji infrastrukturunun daha da modernləşdirilməsi, bərpaolunan enerji istehsalı ilə bağlı məlumat verib, bu sahədə Avropa İttifaqı ilə əməkdaşlığın məqsədəuyğunluğunu qeyd edib. Görüşdə Azərbaycan ilə Aİ […]

EIB “Abşeron” layihəsinin maliyyələşdirilməsinə maraq göstərir
Azərbaycan Materiallar

EIB “Abşeron” layihəsinin maliyyələşdirilməsinə maraq göstərir

Avropa İnvestisiya Bankı (EIB) “Abşeron” layihəsinin maliyyələşdirilməsinə maraq göstərir. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir. Fevralın 3-də energetika naziri Natiq Əliyev “Total” şirkətlər qrupunun Avropa və Mərkəzi Asiya Regionunda Kəşfiyyat və Hasilat üzrə baş vitse-prezidenti Maykl Borrelin rəhbərlik etdiyi nümayəndə heyətiilə görüşüb.M. Borrel layihə çərçivəsində görülən və planlaşdırılan işlərdən danışıb.““Total” yaxın illərdə “Abşeron” yatağında hasilata başlamaq üçün tərəfdaşları ilə birgə […]

Azərbaycan hökuməti nəqliyyat sektoruna çoxmilyonluq xarici kredit cəlb edir
Azərbaycan Materiallar

Azərbaycan hökuməti nəqliyyat sektoruna çoxmilyonluq xarici kredit cəlb edir

Azərbaycan hökuməti bu il nəqliyyat sektorunun yaxşılaşdırılmasına 309,2 mln avro və 200 mln dollar dəyərində kredit alır… Azərbaycan hökuməti 50 ədəd lokomotivin alınması məqsədilə “Societe Generale”, “BNP Paribas” və Fransanın “HSBC Bank”ından 276,995 mln. avro məbləğində kredit cəlb edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib. “Ötən il Azərbaycan hökuməti ilə “Societe Generale”, “BNP Paribas” və “HSBC Bankı”nın Fransa filialı […]

Azərbaycan Astana EXPO-2017 sərgisində iştirak üçün pavilyon alıb
Azərbaycan Materiallar

Azərbaycan Astana EXPO-2017 sərgisində iştirak üçün pavilyon alıb

Qazaxıstanın paytaxtı Astana şəhərində  “EXPO-2017: Gələcəyin enerjisi” Beynəlxalq Sərgisində Azərbaycan Milli Pavilyonu üçün ayrılmış yerin təhvil alınmasını təsdiqləyən sənəd imzalanıb. Sənədi “Astana EXPO-2017” Milli Şirkətinin Sərginin inşası üzrə baş direktoru Bolatkan Sandıkbayev və Energetika Nazirliyinin Aparat rəhbəri İftixar Hüseynov imzalayıb. Az’rbaycan Energetika Nazirliyinin açıqlamasında bildirilir ki, iyunun 10-dan sentyabrın 10-dək  davam edəcək sərgidə Azərbaycan Milli Gününün 9 iyul tarixində  keçirilməsi […]

SOCAR Bulla-dəniz yatağında yeni qaz quyusu qazır
Azərbaycan Xüsusi xəbərlər

SOCAR Bulla-dəniz yatağında yeni qaz quyusu qazır

SOCAR “Bulla-dəniz” yatağındakı quyuda qazma işlərinə başlayıb. Bu barədə şirkətin məlumatında deyilir. 123 nömrəli quyu 122 nömrəli stasionar dəniz özülündən qazılır. Layihə dərinliyi 6200 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən məhsuldar qatın VIII horizontuna qazılır”, – deyə məlumatda bildirilir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 800 000 kubmetr qaz və 150 ton kondensat hasil ediləcək. Bulla-dənizdə hasil edilən qaz […]

Xarici neft şirkətləri vergi öhdəliklərini yerinə yetirə bilmədilər
Azərbaycan Materiallar

Xarici neft şirkətləri vergi öhdəliklərini yerinə yetirə bilmədilər

Büdcə təqribən 150 milyon manata qədər proqnozlaşdırılan neft pulunu ala bilməyib Maliyyə Nazirliyi 2016-cı ilin büdcə icrasına dair açıqladığı məlumatlara əsasən, Vergilər Nazirliyinin xəttilə ümumi daxilolmaların (7 milyar 15,2 milyon manat) 22,9%-i və ya 1.607 milyard manatı neft sektorunun vergi ödənişləridir.  Hökumətin proqnozlatına görə isə neft sektoru üzrə 1.610 milyard manat vergi ödənməli idi. Həmin proqnoz göstəricilərinə əsasən, 2016-cı ildə […]

Sumqayıt Kimya Sənaye Parkının ərazisi 170 hektar genişləndirilir
Azərbaycan Materiallar

Sumqayıt Kimya Sənaye Parkının ərazisi 170 hektar genişləndirilir

Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında sərəncam imzalayıb. Nazirlər Kabinetinə İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birlikdə Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti üçün Sumqayıt şəhərinin Bakı-Quba yolunun 37-ci kilometrliyində yerləşən 170,75 hektar torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi […]

Bu gündən banklarda dolların satışı 2 manata yaxınlaşmağa başladı
Azərbaycan Materiallar

Bu gündən banklarda dolların satışı 2 manata yaxınlaşmağa başladı

25 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Mərkəzi Bankdan “Marja”ya verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,9052 səviyyəsində formalaşmışdır. Valyuta hərracının bitməsindən dərhal sonra banklarda dolların satışı bahalaşıb. Fins.az-ın araşdırması göstərdi ki, “Unibank”, “Bank Respublika” və “Muğanbank” ABŞ valyutasının satış məzənnəsini  kəskin artırıb. Tam siyahı isə belədir: Banklar Səhərki məzənnə […]

Azərbaycanda 2017-ci ildə təbii qazın qiyməti arta bilərmi?
Azərbaycan Materiallar

Azərbaycanda 2017-ci ildə təbii qazın qiyməti arta bilərmi?

Tarif Şurası olan ölkədə hər şey ola bilər… 2017-ci il yanvarın 1-dən əhali qrupu üçün təbii qazın qiymətlərində differensiallaşdırılmışmış tariflərin  tətbiqinə başlanılıb. Tarif Şurasının 28 noyabr 2016-cı ildə qəbul etdiyi qərara görə, 1500 kubmetrdən çox sərfiyyatı olan abonent artıq işlətdiyi hər kubmetr qaz üçün 20 qəpik ödəməli idi. Ancaq dekabrda Azərbaycan Prezidentinin göstərişindən sonra TŞ bu limiti 1700 kubmetrə qədər artırdı. […]

Neftin aşağı qiymətində SOCAR ili mənfəətlə başa vura bilib
Azərbaycan Materiallar

Neftin aşağı qiymətində SOCAR ili mənfəətlə başa vura bilib

Azərbaycan neftinin orta ixrac qiymətinin $54 olduğu zaman (2015-ci il) SOCAR ili zərərlə başa vursa da, $45 qiymətində mınfəətə çıxa bilib SOCAR-ın iqtisadi məsələr üzrə vitse-prezidenti Süleyman Qasımovun sözlərinə görə, belə bir nailiyyətə Dövlət Neft Şirkəti mövcud bazar şəraitində yürütdüyü çevik siyasət nəticəsində nail olub. Onun söclərinə görə, 2016-cı ilin I yar;s;nda SOCAR-ın audit olunmuş maliyyə göstəricilərinə görə, şirkət həmin […]

Xarici ölkə vətəndaşları SOCAR istiqrazlarını almağa başlayıblar
Azərbaycan Materiallar

Xarici ölkə vətəndaşları SOCAR istiqrazlarını almağa başlayıblar

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) buraxdığı istiqrazları xarici ölkə vətəndaşları da almağa başlayıblar. Bu barədə “Report”a “SOCAR Capital” şirkətindən bildirilib. Məlumata görə, SOCAR-ın qiymətli kağızlarına ən çox maraq göstərən Azərbaycanla həmsərhəd olkələrin – Rusiya, Gürcüstan və Türkiyə vətəndaşlarıdır. İstiqrazlara marağın artması onların qiymətinin yüksəlməsinə səbəb olub. Qiymətli kağızlar üzrə market-meyker xidməti göstərən “PSG Kapital” investisiya şirkətinin məlumatına görə, hazırda SOCAR […]

Həlak olmuş neftçilərə nə qədər yardım verilib?
Azərbaycan Materiallar

Həlak olmuş neftçilərə nə qədər yardım verilib?

Ümumilikdə 10 uşağın N.Nərimanov adına NQÇİ tərəfindən himayəyə götürülməsi nəzərdə tutulur Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il dekabrın 15-də N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə nəticəsində dünyasını dəyişmiş və itkin düşmüş şəxslərin ailələrinə maddi yardım göstərilməsi ilə bağlı məlumat yayıb. Sputnik SOCAR-a istinadən xəbər verir ki, ümumilikdə 10 neftçi ailəsinə maddi yardım göstərilib. Məlumatda deyilir ki, qəza nəticəsində itkin […]

Sabah Bakının bəzi hissələrində qaz olmayacaq
Azərbaycan Materiallar

Sabah Bakının bəzi hissələrində qaz olmayacaq

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq. SOCAR-dan Caspian Barrel-ə verilən məlumata görə, sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Hərbi-hissə” (Xaşa-xuna) və “Zeytun” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir işlərinin Bakı şəhəri Xəzər rayonunun Xaşaxuna Bağ massivi, Şüvəlan və Qala qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir […]