Azərbaycan

SOCAR qaz anbarlarındakı ehtiyatları barədə
Azərbaycan Materiallar

SOCAR qaz anbarlarındakı ehtiyatları barədə

İki ayda anbarlara vurulan qaz həcmləri 550 milyon kub metrədək təşkil edib Hazırda yeraltı anbarlarda aktiv qazın miqdarı 1 mlrd. 334 mln. 994 min kubmetrdir. Bu barədə SOCAR-ın məlumatında deyilir. “Cari ilin aprel ayından “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsinin “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına 2017-2018-ci illər üzrə payız-qış mövsümü üçün təbii qazın vurulmasına başlanılıb. Mövcud qrafikə uyğun […]

Manat 2018-ci ildə daha da bərkiyəcək – proqnoz
Azərbaycan Materiallar

Manat 2018-ci ildə daha da bərkiyəcək – proqnoz

Hollandiyanın “ING Bank”ı 2017-ci ildə Azərbaycanda ÜDM-nin 1% azalacağını, 2018-ci ildə isə iqtisadi artımın 1,6% təşkil edəcəyini proqnozlaşdırır «Bu ilin 4 ayının yekunları üzrə Azərbaycanda resessiyanın 1,2% səviyyəsində olması haqqında məlumatları nəzərə alaraq 2017-ci il üçün proqnozumuz 1% artımdan 1% azalmaya doğru neqativdir», – deyə bankın proqnozlarında qeyd olunur. «Cari ildə neft və qazın hasilat həcminin 2,5-5% səviyyəsində gözlənilən azalması […]

SOCAR Türkiyədə yeni masştablı layihəyə hazırlaşır
Azərbaycan Materiallar

SOCAR Türkiyədə yeni masştablı layihəyə hazırlaşır

SOCAR 3 milyard dollar sərmayə ilə Türkiyədə ikinci “Petkim” yaratmaq istəyir. Caspian Barrel Azərtac-a istinadən xəbər verir ki, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib. Onun sözlərinə görə, SOCAR İzmirin Əliağa rayonunda yeni kimya parkı qurmaq istəyir: “Yeni neft-kimya müəssisələri qurmaq istəyirik. Hələ ki layihə mərhələsində olan investisiyanın həcmi tam məlum deyil və təxminən 3 milyard dollar ola bilər. Bu […]

Azərbaycanda neft hasilatı 2 aydır davamı olaraq artır
Azərbaycan Materiallar

Azərbaycanda neft hasilatı 2 aydır davamı olaraq artır

May ayı ərzində Azərbaycan üzrə gündəlik neft hasilatı 785,3 min barrel təşkil edib ki, bu da aprellə müqayisədə gündəlik 4,2 min barel artım deməkdir Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan cari ilin may ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq […]

SOCAR “Özbəkneftqaz” arasında növbəti memorandum imzalanıb
Azərbaycan Materiallar

SOCAR “Özbəkneftqaz” arasında növbəti memorandum imzalanıb

Bu şirkətlər arasında artıq əməkdaşlığa dair sayca üçüncü memorandum imzalanır “Özbəkneftqaz” şirkətinin Azərbaycanda mümkün fəaliyyət istəqamətlərinin müəyyənləşdirilməsi məqsədi ilə bu şirkətlə SOCAR arasında Memorandum imzalanıb. Bu barədə SOCAR-ın saytında məlumat verilir. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov imzalayıblar. “Özbəkneftqaz” şirkətinin nümayəndələri “Xəzər Neft və Qaz -2017” sərgi-konfransında iştirak edirlər. R.Abdullayev enerji sahəsində əməkdaşlığın […]

D230 strukturunun kəşfiyyatını da BP keçirə bilər
Azərbaycan Materiallar

D230 strukturunun kəşfiyyatını da BP keçirə bilər

SOCAR neft ehtiyatlarının aşkarlanması nöqteyi-nəzərindən Xəzərin Azərbaycan sektorunda “Şimali Abşeron”da D230 blokunu perspektivli hesab edir. Bu barədə SOCAR-ın vitse-prezidenti Bəhram Hüseynov məlumat verib. “D230 bloku neft ehtiyatlarının aşkarlanması nöqteyi-nəzərindən perspektivli hesab edilir. Burada həmin meydançanın perspektivlinin qiymətləndirilməsi məqsədilə seysmik kəşfiyyatlar aparılacaq”, – deyə B.Hüseynov bu gün Bakıda keçirilən “Caspian Oil&Gas” konfransında çıxışında bildirib. B.Hüseynov vurğulayıb ki, ümumilikdə Azərbaycan neft və […]

Kənd Təsərrüfatı Nazirliyi SOCAR-la yarışır?
Azərbaycan Materiallar

Kənd Təsərrüfatı Nazirliyi SOCAR-la yarışır?

Kənd Təsərrüfatı Nazirliyi yeni inzibati binanın layihələndirilıməsi üzrə tender elan edib.  Bu barədə nazirliyin saytında elan yerləşdirilib. 10 mərtəbəli binanın tikintisi üçün təkliflər iyunun 20-dək təqdim olunmalıdır. Hələlik inzibati binanın hansı ərazidə olacağı bəlli deyil. Nazirlik yeni inzibati binanın tikintisinin zəruriliyini “müxtəlif ərazilərdə yerləşən strukturlarını bir yerə toplayaraq daha səmərəli fəaliyyət göstərmək məqsədi ilə əsaslandırır. Son illər bir sıra nazirliklər […]

Neft platformalarına xidmət edəcək iki gəmi istifadəyə verilib
Azərbaycan Materiallar

Neft platformalarına xidmət edəcək iki gəmi istifadəyə verilib

Təchizat gəmiləri “28 May” və “Ümid” yatağındakı platformalara xidmət göstərəcək. Mayın 31-də prezident İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının “Cəbrayıl” və “Qubadlı” yeni təchizat gəmilərinin istismara verilməsi mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Qubadlı” və “Cəbrayıl” təchizat […]

“Pulumuz yox idi, xəzinə boşalmışdı” – İlham Əliyev
Azərbaycan Materiallar

“Pulumuz yox idi, xəzinə boşalmışdı” – İlham Əliyev

Prezident bu gün bəyan edib ki, Azərbaycan dünyada neft və qazı hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır. “Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakıda 24-cü Beynəlxalq “Xəzər Neft və Qaz 2017” sərgi və konfransının, həmçinin 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisinin açılışında çıxışı zamanı deyib. Dövlət başçısı qeyd […]

“Azərenerji” karyera sərgisində 31 vakant vəzifə
Azərbaycan Materiallar

“Azərenerji” karyera sərgisində 31 vakant vəzifə

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II Məzun-Karyera Sərgisi keçirilib. “Report”un əldə etdiyi məlumata görə, ali məktəblə sənaye müəssisələri arasında əlaqələrin genişləndirilməsi, məzunların öz ixtisaslarına uyğun işlə təmin olunmasına şərait yaradılması məqsədi daşıyan sərgidə “Azərenerji” ASC də iştirak edib. Sərgidə iştirakçılara qurumun tarixi inkişaf yolu, elektrik enerjisinin istehsalı imkanları, müasir ötürmə və idarəetmə sistemi, həmçinin strateji hədəfləri barədə ətraflı […]

“Statoil” şirkətinin Azərbaycanda nə maraqları var?
Azərbaycan Materiallar

“Statoil” şirkətinin Azərbaycanda nə maraqları var?

Prezident İlham Əliyev “Statoil” şirkətinin icraçı vitse-prezidenti ilə əməkdaşlığın perspektivlərini müzakirə edib Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da “Statoil” şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxeri qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir. “Görüşdə tərəflər Azərbaycan ilə “Statoil” şirkəti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar”, – deyə məlumatda deyilir. Norveç şirkətinin Azərbaycanda nə […]

Növbəti onillik Azərbaycanın qaz sənayesi üzərindədir və bu mif deyil
Azərbaycan Materiallar

Növbəti onillik Azərbaycanın qaz sənayesi üzərindədir və bu mif deyil

SOCAR prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, 2025-ci ildən sonra qazdan əldə etdiyimiz gəlirlər neft gəlirləri ilə bərabərləşəcək. “Yeni Musavat” qəzetinə bu fikri şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, gələn onilliyin ikinci yarısında isə qaz layihələrindən əldə edilən gəlirlər nefti üstələməlidir. “Təbii ki, neftin qiyməti ilə qazın qiymətini bərabər tutmaq olmaz. Eyni həcmdə olan qazın və neftin […]

Azərbaycan da OPEK-in qərarına qoşulub – açıqlama
Azərbaycan Materiallar

Azərbaycan da OPEK-in qərarına qoşulub – açıqlama

Natiq Əliyevin sözlərinə görə, hasilatın əlavə həcmdə azaldılması ilə bağlı müzakirə aparılmayıb Vyanada OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması qərarına Azərbaycan da qoşulub. İclasın yekunlarına dair Energetika Nazirliyinin mətbuat xidmətinə açıqlama verən energetika naziri Natiq Əliyev deyib ki, iclasda […]

Azərbaycanda iqtisadiyyat 2016-da qeyri-neft sektoruna görə çöküb
Azərbaycan Materiallar

Azərbaycanda iqtisadiyyat 2016-da qeyri-neft sektoruna görə çöküb

2016-cı ilin yekunları üzrə neft sektoru sıfır səviyyəsində artım nümayiş etdirib, qeyri-neft sektorunda azalma isə 4,5 faiz təşkil edib Dəqiqləşdirilmiş məlumatlara görə, 2016-cı ildə Azərbaycanda resessiya 3,1% təşkil edib. Bu barədə Hesabalama Palatasının ötən il ərzində dövlət büdcəsinin icrası üzrə materiallarında qeyd edilir. Öncə Dövlət Statistika Komitəsi (DSK) 2016-cı ilin yekunları üzrə 3,8% səviyyəsində resessiya barədə bəyan edib. “İnterfaks-Azərbaycan” agentliyinin […]

Azərbaycan ABB-nin xilası üçün valyuta ehtiyatlarını xərcləməlidir
Azərbaycan Materiallar

Azərbaycan ABB-nin xilası üçün valyuta ehtiyatlarını xərcləməlidir

Belə bir açıqlama ilə “Moody”s” beynəlxalq reytinq agentliyinin MDB ölkələri üzrə analitiki çıxış edib  “Azərbaycan Beynəlxalq Bankının xilas edilməsi üçün ölkənin qızıl-valyuta ehtiyatlarının xərcləməsinə ehtiyac var”. “Report” xəbər verir ki, bunu “Moody”s” beynəlxalq reytinq agentliyinin MDB ölkələri üzrə analitiki Pyotr Paklin deyib. P.Paklinin sözlərinə görə, bu səbəbdən hökumət ABB ilə bağlı siyasətini dəyişib: “ABB-nin borclarının restrukturizasiyası büdcə yükünü artıracaq”.