Azərbaycan

Avqustda Azərbaycanda neft hasilatı kəskin azalıb – nazirlik
Azərbaycan Materiallar

Avqustda Azərbaycanda neft hasilatı kəskin azalıb – nazirlik

2017-ci ilin avqust ayında Azərbaycanda gündəlik 734,8 min barel neft hasil olunub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir. “Cari ilin avqust ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 734,8 min barel olub. Bunun 704 min barelini xam neft, 30,8 min barelini kondensat təşkil edib”, – deyə məlumatda bildirilir. Respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barel, fevralda […]

Azərbaycana I yarımillikdə nə qədər benzin gətirilib?
Azərbaycan Materiallar

Azərbaycana I yarımillikdə nə qədər benzin gətirilib?

Azərbaycana ən yüksək oktanlı benzini Rusiya və Belarusdan idxal etməyə başlayıb… Azərbaycan 2017-ci ilin I yarısında $14 mln. 945,48 min dəyərində 22 min 667,57 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib. «2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana 22 min 667,57 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal olunub. 2016-cı ilin I yarısında isə […]

“BP-Azerbaijan” Şahdəniz yatağından hasilatı bərpa edib
Azərbaycan Materiallar

“BP-Azerbaijan” Şahdəniz yatağından hasilatı bərpa edib

“BP-Azerbaijan” şirkəti platformadakı profilaktik işlərin həyata keçirilməsindən sonra “Şahdəniz” yatağından qaz və kondensat hasilatını bərpa edib.  “Şahdəniz” yatağından qaz və kondensat hasilatı profilaktik işlər proqramının həyata keçirilməsi ilə əlaqədar avqustun 14-dən etibarən 14 gün müddətinə dayandırılmışdı. İşlər uğurla başa çatıb və platformadan hasilat bu gün bərpa olunub. Platforma və “Şahdəniz” layihəsi çərçivəsində Səngəçal terminalında fəaliyyət göstərən obyektlər bu gündən tam […]

Azərbaycanda özəl mini-HES istismara verilib
Azərbaycan Materiallar

Azərbaycanda özəl mini-HES istismara verilib

Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsi ərazisindəki 3 MVt-luq “Çiçəkli” Su Elektrik Stansiyası avqustun 19-da əsaslı yenidənqurmadan sonra istismara verilib. Caspian Barrel “Azərenerji” ASC-nin mətbuat xidmətinə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyanın yenidənqurmadan sonra açılışında iştirak edib. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət başçısına stansiya barədə məlumat verdi. Bildirildi ki, 1927-ci ildə inşa edilmiş bu su elektrik stansiyası 1997-ci ildə […]

Azərkimyada təmir işləri sentyabrın sonuna qədər yekunlaşacaq
Azərbaycan Materiallar

Azərkimyada təmir işləri sentyabrın sonuna qədər yekunlaşacaq

Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev Sumqayıt şəhərində olub, “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunda aparılan əsaslı təmir və modernizasiya işlərinin gedişi ilə tanış olub.   SOCAR-ın yaydığı xəbərə görə, R.Abdullayevə məlumat verilib ki, avqustun 10-dan zavodda əsaslı təmir işlərinə başlanılıb və bu işlər 20 sentyabr Neftçilərin peşə bayramı günü ərəfəsində yekunlaşdırılacaq. 40 gün davam edəcək əsaslı təmir zamanı icra olunacaq tədbirlər […]

Türkiyə Prezidenti Azərbaycana səfər edəcək
Azərbaycan Materiallar

Türkiyə Prezidenti Azərbaycana səfər edəcək

Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri zamanı enerji layihələri ilə müqavilələr imzalana bilər   Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir. Səfərin 10-11 sentyabr tarixlərində baş tutacağı gözlənilir. Məlumata əsasən, səfər çərçivəsində R.T.Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu və digər nazirlər müşayiət edəcək.

7 ayda Azərbaycanda neft hasilatı 2,2 mln ton azalıb
Azərbaycan Materiallar

7 ayda Azərbaycanda neft hasilatı 2,2 mln ton azalıb

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda neft hasilatı 22 mln. 500,6 min ton təşkil edib. Caspian Barrel Dövlət Statistika Komitəsinin aylıq hesabatlarına istinad edərək bildirir ki, bu göstərici 2016-cı ilin analoji dövrü ilə müqayisədə 8,9% və ya 2,2 milyon ton azdır (2016-cı ilin yanvar-iyulunda 24 mln 700 min ton). Qeyd edək ki, yanvar-iyul aylarında ölkədə 22 mln. 471,9 min ton əmtəə […]

“Şahdəniz” yatağında hasilat dayandırıldı
Azərbaycan Materiallar

“Şahdəniz” yatağında hasilat dayandırıldı

“BP-Azerbaijan” şirkəti dünən “Şahdəniz” platformasında profilaktik işlərin aparılması üçün qaz və kondensat hasilatını dayandırıb.  “Profilaktik işlər illik iş proqramına daxil edilib və avqustun 14-dən etibarən 14 gün davam edəcək. Plana əsasən, sözügedən işlərin aparıldığı dövrdə “Şahdəniz” platformasından qaz və kondensat hasilatı dayandırılacaq”, – deyə “BP-Azerbaijan” şirkətinin məlumatında bildirilir. Bu planlaşdırılmış proqramlar müntəzəm təftiş, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. […]

“Şahdəniz” qazının ixracı 7 ayda 6,4% artıb
Azərbaycan Materiallar

“Şahdəniz” qazının ixracı 7 ayda 6,4% artıb

2017-ci ilin yanvar-iyul aylarında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 4 mlrd. 426,4 mln. kubmetr Azərbaycan qazı ixrac edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 6,4% çoxdur. “Qeyd olunan dövrdə Azərbaycanın magistral qaz kəmərləri ilə nəql edilən qazın 36,8%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb”, – deyə Komitədən qeyd ediblər. Ümumilikdə bu […]

“Günəşli”dəki 5 saylı platformada əlavə 8 quyu qazılacaq
Azərbaycan Materiallar

“Günəşli”dəki 5 saylı platformada əlavə 8 quyu qazılacaq

Məqsəd “Günəşli” yatağlnda neftin və qazın hasilatının və nəqlinin sabit saxlanılmasını təmin etməkdir Caspian Barrel Dövlət Neft Şirkətinin ictimiyyətlə əlaqələr Departamentinə istinadən xəbər verir ki,  SOCAR-ın “Azneft” İB-nin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında ”Günəşli” yatağındakı 5 saylı Dərin Dəniz Özülündə əlavə 8 quyunun qazılması üçün yenidənqurma işləri aparılır. Layihənin baş podratçısı “Neftqaztikinti” Trestidir. Məqsəd yataqda qazılacaq yeni quyuların keyfiyyətli istismarını, […]

TAP-ın ötürmə gücü artırıla bilər
Azərbaycan Materiallar

TAP-ın ötürmə gücü artırıla bilər

“Trans-Adriatik Boru Kəmərinin (TAP) illik ötürmə gücünün ikiqat artırılması imkanı var”.  “Report” xəbər verir ki, bu barədə “TAP AG”-nin rəsmi “Twitter” səhifəsində qeyd edilib. Məlumatda deyilir ki, kəmər çəkilərkən bu üstünlük nəzərə alınıb: “Baxmayaraq ki, TAP ilkin mərhələdə 10 mlrd. kubmetr qazı Avropaya daşıyacaq, kəmərin tutumunun ikiqat artırılması nəzərdə tutulub”. “Şahdəniz” konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən […]

Azərbaycanda benzinlər idxal rüsumundan müvəqqəti azad edilib
Azərbaycan Materiallar

Azərbaycanda benzinlər idxal rüsumundan müvəqqəti azad edilib

Nazirlər Kabineti Azərbaycana gətirilən benzinlər üçün yeni aksiz dərəcələrini təsdiq edib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Hökumətin qərarı ilə tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan 95-dən az oktan ədədi ilə mühərrik benzinləri, o cümlədən 92 oktan ədədi ilə benzinlər üçün aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilib. Qərar iyulun 18-dən qüvvəyə minir […]

Azərbaycanda neft və qaz hasilatı azalmaqda davam edir
Azərbaycan Materiallar

Azərbaycanda neft və qaz hasilatı azalmaqda davam edir

I yarımillikdə Azərbaycanda neft hasilatı 9%, əmtəəlik qaz hasilatı isə 0,2% azalıb 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda neft hasilatı (qaz kondensatı da daxil olmaqla) 19 mln. 161 min ton təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib. Birinci yarımillikdə respublikada 19 mln. 137 min ton əmtəə nefti […]

Neft Fondunun aktivləri 1 ildə $327 mln azalıb
Azərbaycan Materiallar

Neft Fondunun aktivləri 1 ildə $327 mln azalıb

2017-ci il iyulun 1-ə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 34 790,9 milyon ABŞ dollarına bərabər olub. Bu haqda Caspian Barrel ARDNF mətbuat xidmətinə istinadən məlumat verir. Xatırladaq ki, 2017-ci il 1 yanvar tarixinə Neft Fondunun aktivləri 33 147,0 milyon ABŞ dolları idi. Cari ilin altı ayının yekunlarına görə, Fondun aktivləri 4,96% və ya 1 643,9 milyon ABŞ dolları artıb. […]

Aİ-92 markalı benzinin qiyməti 28,6% artdı
Azərbaycan Materiallar

Aİ-92 markalı benzinin qiyməti 28,6% artdı

Bundan əvvəl Azərbaycanda avtomobil benzinin qiymətləri 2013-cü il dekabrın əvvəlində orta hesabla 30% artmışdı. Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında SOCAR-ın müraciəti əsasında Aİ-92 markalı benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Tarif Şurasının çıxardığı qərara əsasən,  Aİ-92 markalı benzininin pərakəndə satış qiyməti 15 iyul 2017-ci il tarixdən 1 litr üçün 0,90 AZN (hazırkı kursla […]