Materiallar

SOCAR “Günəşli” yatağında yeni nasos stansiyalarının tikintisini planlaşdırır
Azərbaycan Materiallar

SOCAR “Günəşli” yatağında yeni nasos stansiyalarının tikintisini planlaşdırır

SOCAR “Günəşli” yatağında iki nasos stansiyasının tikintisini nəzərdə tutur. Bu barədə şirkətin məlumatında deyilir. “SOCAR-ın “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Günəşli” yatağında istismar olunan quyularda lay təzyiqinin sabit saxlanılması məqsədi ilə 2 ədəd yeni nasos stansiyasının inşası nəzərdə tutulur”, – deyə məlumatda bildirilir. Layihənin baş podratçısı “Neftqaztikinti” Trestidir. Yataqdakı 6 və 9 saylı dərin dəniz özüllərində […]

Bolqarıstan: “Cənub qaz dəhlizi” cənub-şərqi Avropa üçün strateji əhəmiyyət daşıyır
Azərbaycan Materiallar

Bolqarıstan: “Cənub qaz dəhlizi” cənub-şərqi Avropa üçün strateji əhəmiyyət daşıyır

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub qaz dəhlizi” cənub-şərqi Avropanın bütün regionu üçün strateji əhəmiyyət daşıyır. Bunu Trend-ə eksklüziv olaraq Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Nikolay Pavlov deyib. Nazir bildirib ki, qaz nəqlinin təhlükəsizliyinin təmin olunması Avropa energetika ittifaqının əsas prioritetlərindən biridir: “Bu prioritetli məsələnin reallaşdırılması nəticəsində qaz nəqli mənbələrinin diversifikasiyası təmin ediləcək”. N.Pavlov qeyd edib ki, Bolqarıstan […]

Qara bazarda dollar banklardan xeyli ucuz satılır
Azərbaycan Materiallar

Qara bazarda dollar banklardan xeyli ucuz satılır

Azərbaycan Mərkəzi Bankının (AMB) manatı bahaşdırmaqda davam etməsi “qara bazar”da da dolların xeyli ucuzlaşdırıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, fevral ayının 10-da səhər saatlarında dollar alışı 1.70 manatdan 1.67 manata, satışı isə 1.75 manatdan 1.72 manata düşüb. Qeyd edək ki, ötən günlə müqayisədə dollar “qara bazarda” 1,7% ucuzlaşıb.

BOS ŞELF “Günəşli” üçün platformanın dayaq blokunu tikir
Azərbaycan Materiallar

BOS ŞELF “Günəşli” üçün platformanın dayaq blokunu tikir

Azərbaycan Dövlət Neft Şirkətinə aid olan BOS ŞELF MMC-nin borubükmə sexi hal-hazırda “Günəşli” yatağı 7A saylı platformasının dayaq bloku üçün boruların bükülməsini yerinə yetirir. SOCAR-dan Caspian Barrel-ə verilən məlumata görə, dünyada nadir avadanlıqlardan olan bu dəzgahlarda metal vərəqlərin qalınlığı 145 mm-ə kimi olan borular bükülür. Ümumi sahəsi 5 980 kv. metr olacaq platformanın dayaq blokunun hündürlüyü 151 metr, çəkisi isə […]

AÇG-nin dövlətə gətirdiyi mənfəət 2016-da 25,6% azalıb – səbəblər
Azərbaycan Materiallar

AÇG-nin dövlətə gətirdiyi mənfəət 2016-da 25,6% azalıb – səbəblər

AÇG-dən Neft Fonduna gələn mənfəət 2016-cı ildə 1 milyard 758 milyon ABŞ dolları aşağı düşüb Azərbaycan Dövlət Neft Fondundan Caspian Barrel-ə bildiriblər ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları üzrə əldə olunan ümumi gəlirlər 2001-ci ildən etibarən 1 yanvar 2017-ci il tarixinə 122 milyard 109 mln. ABŞ dolları təşkil edib. 2016-cı il ərzində AÇG yataqlarından dövlətin əldə etdiyi mənfəət neftinin dəyəri isə 5 […]

BP: “2016-cı il AÇG layihəsi üçün uğurlu il olub”
Azərbaycan Materiallar

BP: “2016-cı il AÇG layihəsi üçün uğurlu il olub”

“Ötən il Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üçün çox uğurlu il olub”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib. “İlk olaraq əməyin təhlükəsizliyini qeyd etmək istəyirəm. Bu baxımdan 2016-cı il  AÇG üçün son dərəcə uğurlu il olub. Yüksək səviyyədə əməyin təhlükəsizliyi nailiyyətləri əldə olunub. AÇG-də əldə […]

Asiya İnfrastruktur İnvestisiya Bankı TANAP-a kredit ayırdı
Azərbaycan Materiallar

Asiya İnfrastruktur İnvestisiya Bankı TANAP-a kredit ayırdı

26 yanvar 2017-ci il tarixdə Azərbaycan hökuməti, “Cənub Qaz Dəhlizi” (CQD) QSC və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) arasında Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin dəstəklənməsi məqsədilə kredit ayrılmasına dair müqavilə imzalanıb. “Report” xəbər verir ki, 600 mln. ABŞ dolları məbləğində olan kredit sazişini CQD-nin baş direktoru Əfqan İsayev və AIIB-in İnvestisiya əməliyyatları Departamentinin baş direktoru Teravaninton Supi (Teravaninthorn Supee), kredit […]

SOCAR: “Biz Avropa və Türkiyədə enerji təchizatı boşluğunu doldururuq”
Azərbaycan Materiallar

SOCAR: “Biz Avropa və Türkiyədə enerji təchizatı boşluğunu doldururuq”

Azərbaycan neft və qazdan daha az asılı olmaq niyyətindədir. “Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Almaniya KİV-inə müsahibəsində bildirib. O qeyd edib ki, dünya bazarında neftin qiymətinin düşməsi ölkəyə təsirini göstərib: “Buna baxmayaraq Azərbaycan hökuməti alternativlərə baxır və iqtisadiyyatı daha da şaxələndirməyə çalışır. Bu, həm də SOCAR üçün bir fürsətdir. […]

EIB “Abşeron” layihəsinin maliyyələşdirilməsinə maraq göstərir
Azərbaycan Materiallar

EIB “Abşeron” layihəsinin maliyyələşdirilməsinə maraq göstərir

Avropa İnvestisiya Bankı (EIB) “Abşeron” layihəsinin maliyyələşdirilməsinə maraq göstərir. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir. Fevralın 3-də energetika naziri Natiq Əliyev “Total” şirkətlər qrupunun Avropa və Mərkəzi Asiya Regionunda Kəşfiyyat və Hasilat üzrə baş vitse-prezidenti Maykl Borrelin rəhbərlik etdiyi nümayəndə heyətiilə görüşüb.M. Borrel layihə çərçivəsində görülən və planlaşdırılan işlərdən danışıb.““Total” yaxın illərdə “Abşeron” yatağında hasilata başlamaq üçün tərəfdaşları ilə birgə […]

Azərbaycan hökuməti nəqliyyat sektoruna çoxmilyonluq xarici kredit cəlb edir
Azərbaycan Materiallar

Azərbaycan hökuməti nəqliyyat sektoruna çoxmilyonluq xarici kredit cəlb edir

Azərbaycan hökuməti bu il nəqliyyat sektorunun yaxşılaşdırılmasına 309,2 mln avro və 200 mln dollar dəyərində kredit alır… Azərbaycan hökuməti 50 ədəd lokomotivin alınması məqsədilə “Societe Generale”, “BNP Paribas” və Fransanın “HSBC Bank”ından 276,995 mln. avro məbləğində kredit cəlb edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib. “Ötən il Azərbaycan hökuməti ilə “Societe Generale”, “BNP Paribas” və “HSBC Bankı”nın Fransa filialı […]

Azərbaycan Astana EXPO-2017 sərgisində iştirak üçün pavilyon alıb
Azərbaycan Materiallar

Azərbaycan Astana EXPO-2017 sərgisində iştirak üçün pavilyon alıb

Qazaxıstanın paytaxtı Astana şəhərində  “EXPO-2017: Gələcəyin enerjisi” Beynəlxalq Sərgisində Azərbaycan Milli Pavilyonu üçün ayrılmış yerin təhvil alınmasını təsdiqləyən sənəd imzalanıb. Sənədi “Astana EXPO-2017” Milli Şirkətinin Sərginin inşası üzrə baş direktoru Bolatkan Sandıkbayev və Energetika Nazirliyinin Aparat rəhbəri İftixar Hüseynov imzalayıb. Az’rbaycan Energetika Nazirliyinin açıqlamasında bildirilir ki, iyunun 10-dan sentyabrın 10-dək  davam edəcək sərgidə Azərbaycan Milli Gününün 9 iyul tarixində  keçirilməsi […]

Xarici neft şirkətləri vergi öhdəliklərini yerinə yetirə bilmədilər
Azərbaycan Materiallar

Xarici neft şirkətləri vergi öhdəliklərini yerinə yetirə bilmədilər

Büdcə təqribən 150 milyon manata qədər proqnozlaşdırılan neft pulunu ala bilməyib Maliyyə Nazirliyi 2016-cı ilin büdcə icrasına dair açıqladığı məlumatlara əsasən, Vergilər Nazirliyinin xəttilə ümumi daxilolmaların (7 milyar 15,2 milyon manat) 22,9%-i və ya 1.607 milyard manatı neft sektorunun vergi ödənişləridir.  Hökumətin proqnozlatına görə isə neft sektoru üzrə 1.610 milyard manat vergi ödənməli idi. Həmin proqnoz göstəricilərinə əsasən, 2016-cı ildə […]

Sumqayıt Kimya Sənaye Parkının ərazisi 170 hektar genişləndirilir
Azərbaycan Materiallar

Sumqayıt Kimya Sənaye Parkının ərazisi 170 hektar genişləndirilir

Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında sərəncam imzalayıb. Nazirlər Kabinetinə İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birlikdə Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti üçün Sumqayıt şəhərinin Bakı-Quba yolunun 37-ci kilometrliyində yerləşən 170,75 hektar torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi […]

Bu gündən banklarda dolların satışı 2 manata yaxınlaşmağa başladı
Azərbaycan Materiallar

Bu gündən banklarda dolların satışı 2 manata yaxınlaşmağa başladı

25 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Mərkəzi Bankdan “Marja”ya verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,9052 səviyyəsində formalaşmışdır. Valyuta hərracının bitməsindən dərhal sonra banklarda dolların satışı bahalaşıb. Fins.az-ın araşdırması göstərdi ki, “Unibank”, “Bank Respublika” və “Muğanbank” ABŞ valyutasının satış məzənnəsini  kəskin artırıb. Tam siyahı isə belədir: Banklar Səhərki məzənnə […]

Azərbaycanda 2017-ci ildə təbii qazın qiyməti arta bilərmi?
Azərbaycan Materiallar

Azərbaycanda 2017-ci ildə təbii qazın qiyməti arta bilərmi?

Tarif Şurası olan ölkədə hər şey ola bilər… 2017-ci il yanvarın 1-dən əhali qrupu üçün təbii qazın qiymətlərində differensiallaşdırılmışmış tariflərin  tətbiqinə başlanılıb. Tarif Şurasının 28 noyabr 2016-cı ildə qəbul etdiyi qərara görə, 1500 kubmetrdən çox sərfiyyatı olan abonent artıq işlətdiyi hər kubmetr qaz üçün 20 qəpik ödəməli idi. Ancaq dekabrda Azərbaycan Prezidentinin göstərişindən sonra TŞ bu limiti 1700 kubmetrə qədər artırdı. […]