Materiallar

Azərbaycan xaricdə 2000 YDM-dən ibarət şəbəkə almaq istəyir
Azərbaycan Materiallar

Azərbaycan xaricdə 2000 YDM-dən ibarət şəbəkə almaq istəyir

Azərbaycan və Səudiyyə Ərəbistanı Avstriyanın “OMV” enerji şirkətinin Türkiyədə sahibi olduğu “OMV Petrol Ofisi A.Ş.” şirkətinin yanacaqdoldurma şəbəkəsinin alınmasına maraq göstərir. Bunu “OMV”nin icraçı direktoru Rayner Seele “Bloomberg Television”a müsahibəsində deyib. “Petrol Ofisi”nə bəzi tərəflərin maraq göstərdiyini bildirən R.Seele Azərbaycan və Səudiyyə Ərəbistanını xüsusi qeyd edib. Xatırladaq ki, “OMV Petrol Ofisi A.Ş.” şirkətinin yanacaqdoldurma şəbəkəsinin satışı üzrə keçirilən tenderin təklif […]

Konsorsium 2016-da AÇG-nin xərclərini $707 mln azaltmağa müvəffəq oldu
Azərbaycan Materiallar

Konsorsium 2016-da AÇG-nin xərclərini $707 mln azaltmağa müvəffəq oldu

2016-cı il ərzində Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarından orta hesabla 630 000 barel və ya ümumilikdə 230 milyon barelə yaxın, yəni 31,1 milyon ton neft hasil edilib. Bu haqda “BP-Azerbaijan” şirkətinin (AÇG-nin operatoru) ötən ilin yekunlarına dair ictimaiyyət üçün açıqladığı məlumatda deyilir. Qeyd edək ki, 2015-ci ildə BP və tərəfdaşları AÇG müqavilə sahəsindən 31,3 mln ton və ya gündəlik olaraq 634 min barel […]

ABŞ Dövlət Departamentinin rəsmisi Bakıya qaz tədbirinə gəlir
Azərbaycan Materiallar

ABŞ Dövlət Departamentinin rəsmisi Bakıya qaz tədbirinə gəlir

Cənub Qaz Dəhlizinin ilkin mərhələsinə 2018-ci ilin ortasında TANAP boru xəttinin istismara verilməsi ilə başlanacaq… ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan Bakıda keçiriləcək Cənub qaz dəhlizi Məşvərət Şurasının iclasında ölkəsini təmsil edəcək. Bu barədə Trend-ə ABŞ dövlət departamentindən məlumat verilib. Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının 3-cü iclası 23 fevralda keçiriləcək. Şuranın ilk iclası […]

Bolqarıstan SOCAR-ı özünün neft məhsulları bazarında görmək istəyir
Azərbaycan Materiallar

Bolqarıstan SOCAR-ı özünün neft məhsulları bazarında görmək istəyir

Bolqarıstan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) öz neft məhsulları bazarına çıxmasını dəstəkləyir. Bunu eksklüziv olaraq Trend-ə Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Nikolay Pavlov deyib. Nazir bunun tərəflər üçün səmərəli olacağını qeyd edib: “Bir neçə il əvvəl SOCAR-ın Bolqarıstanın neft məhsulları bazarına çıxışı imkanları müzakirə edilib. Biz öz bazarımıza yeni iştirakçıların qatılmasını dəstəkləyirik, çünki bu, yanacaq qiymətlərinə və xidmətlərə müsbət […]

Həqiqətən Azərbaycanın neft sektorunda 34 min insan çalışır? – araşdırma
Azərbaycan Materiallar

Həqiqətən Azərbaycanın neft sektorunda 34 min insan çalışır? – araşdırma

2011-ci ildə SOCAR-da çalışan içşilərin sayı 79,9 min nəfər idi… Dövlət Statistika Komitəsindən Caspian Barrel-ə verilən məlumata görə, 2017-ci il yanvarın 1-ə olan statistikaya əsasən, iqtisadiyyatın neft sektorunda 34,1 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 479,9 min nəfər çalışmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə neft sektorunda çalışanların sayı 300 nəfər azalmış, qeyri neft sektorunda işləyənlərin sayı isə 18,5 […]

SOCAR-ın Türkiyədəki layihələrinə artıq $11 mlrd sərmayə yatırılıb
Azərbaycan Materiallar

SOCAR-ın Türkiyədəki layihələrinə artıq $11 mlrd sərmayə yatırılıb

2016-cı ildə “Petlim” konteyner limanı, “Petkim” neft-kimya kompleksi, STAR Neft Emalı Zavodu, “Petkim” Külək Elektrik Stansiyası və TANAP layihələrinə xərclənən vəsait ümumilikdə 11 mlrd. dollara çatıb. “Report” xəbər verir ki,bunu “SOCAR Turkey Energy” şirkətinin baş direktoru Zaur Qəhrəmanov “Energy Business” jurnalına müsahibəsində bildirib. “Layihələrimiz tamamlandıqda ümumi investisiya həcmi təxminən 18 mlrd. dollar olacaq. “Petkim” neft-kimya kompleksinin özəlləşdirilməsi 2 mlrd. 40 […]

İlham Əliyev: “Bəzi Avropa ölkələri neftin 30-40 faizini Azərbaycandan alır”
Azərbaycan Materiallar

İlham Əliyev: “Bəzi Avropa ölkələri neftin 30-40 faizini Azərbaycandan alır”

“Bəzi Avropa ölkələri neftin 30-40 faizini Azərbaycandan əldə edirlər və etibarlı tranzit ölkə, digər ölkələrin etibar edə biləcəyi tərəfdaş ölkə kimi Azərbaycan regionda özünə ad qazanıb”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev  Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda “dəyirmi masa”da çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, enerji təhlükəsizliyini ölkənin […]

Azərbaycandakı neft şirkətləri ixtisaslı texnik kadrları hazırlığına maraq göstərirlər
Azərbaycan Materiallar

Azərbaycandakı neft şirkətləri ixtisaslı texnik kadrları hazırlığına maraq göstərirlər

BP və onun əməliyyatçısı olduğu layihələrdəki tərəfdaşları texniklərin təliminin ikinci məzun buraxılışını qeyd ediblər Bu gün Bakıda BP-nin Bakı ofisində keçirilən tədbirdə 47 məzuna sertifikatlar təqdim edilib. “BP-Azerbaijan” şirkətinin ictimaiyyət üçün yaydığı məlumatda bildirilir ki, bu layihə BP və tərəfdaşlarının Azərbaycanda neft-qaz əməliyyatlarına cəlb edilmiş yerli işçi qüvvəsinin təlimi və inkişafında SOCAR ilə əməkdaşlıq etmək öhdəliyi çərçivəsində həyata keçirilir. Bu […]

Sabah da qaz olmayacaq – bu dəfə Bakının 5 rayonunda
Azərbaycan Materiallar

Sabah da qaz olmayacaq – bu dəfə Bakının 5 rayonunda

İstehlakçıların qaz təminatının yaxşılaşdırılması, təbii qaza olan tələbatın təmin edilməsi və şəbəkənin gücləndirilməsi üçün daxili qaz şəbəkəsində aparılacaq təmir işləri, qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması,həmçinin istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar, nəzərdə tutulmuş təmir işləri aparılacaq. “Azəriqaz”dan “Qafqazinfo“ya verilən məlumata görə, görulən işlər zamanı, sabah saat 09:00-dan 17:00-dək Abşeron, Binəqədi, Nizami, Nəsimi, Yasamal və Xəzər […]

Iteca Caspian bu il Bakıda 16 sərgi keçirəcək
Azərbaycan Materiallar

Iteca Caspian bu il Bakıda 16 sərgi keçirəcək

Ən möhtəşəmi həmişəki kimi neft-qaz sərgisidir… 2017-ci ildə “Iteca Caspian” şirkəti 16 sərgi və 1 konfrans keçirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib. “Sərgi mövsümü 6 aprel tarixində 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” və 11-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2017” sərgiləri ilə öz işinə başlayacaq”, – deyə […]

Neft Fondu 2016-cı ilin yekunlarını açıqladı
Azərbaycan Materiallar

Neft Fondu 2016-cı ilin yekunlarını açıqladı

Fondun aktivləri 2016-cı ilin əvvəlinə nisbətən 1,27% azalaraq $33 147 milyona  bərabər olmuşdur Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2016-cı il ərzində ARDNF-nin büdcə gəlirləri 9 410,2 milyon manat, büdcə xərcləri isə 9 022,1 milyon manat təşkil etmişdir. 2016-cı il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 341,4 milyon manat, o cümlədən mənfəət neftinin […]

Neft Fondu Yaponiyanın logistika sahəsinə $100 mln yatırım edib
Azərbaycan Materiallar

Neft Fondu Yaponiyanın logistika sahəsinə $100 mln yatırım edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlaka hazırki investisiya çərçivəsində Asiya və Sakit Okean Hövzəsi regionunda logistika sahəsində ixtisaslaşmış “E-Shang Redwood” şirkəti tərəfindən idarə olunan “Redwood Japan Logistics Fund II” (RJLF II) Fonduna (kapitalın ümumi həcmi 1 milyard ABŞ dollarıdır) 100 milyon ABŞ dolları məbləğində investisiya yatırıb. Neft Fondunun ictimaiyyət üçün açıqladığı məlumatda bildirilir ki, adıçəkilən fondda ARDNF ilə […]

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində müşavirə keçirilib
Azərbaycan Materiallar

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində müşavirə keçirilib

SOCAR-ın yaydığı məlumatda bildirilir ki, müşavirədə SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, Geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynov, Kapital qoyuluşları idarəsinin rəisi Rüfət Səfərov, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov, “Kompleks Qazma İşləri” Trestinin müdiri İsgəndər Şirəli, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov və başqaları iştirak ediblər. Tədbirdə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov qurumun fəaliyyəti […]

“Azərikimya”da Dünya Bankının missiyası ilə görüş keçirilib
Azərbaycan Materiallar

“Azərikimya”da Dünya Bankının missiyası ilə görüş keçirilib

“Azərikimya” İstehsalat Birliyində Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya ölkələrinin ətraf mühitin və təbii sərvətlərin qorunması üzrə yeni təyin olunmuş nümayəndəsi, xanım Valeri Hikinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.  Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidməti məlumat yayıb. “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev son illər Birlikdə həyata keçirilən yenidənqurma, modernizasiya və abadlıq işləri, həmçinin […]

2016-cı ildə Azərbaycanda bank müştərisi olan hüquqi şəxslərin sayı 36% azalıb
Azərbaycan Materiallar

2016-cı ildə Azərbaycanda bank müştərisi olan hüquqi şəxslərin sayı 36% azalıb

2016-cı ildə Azərbaycanın bank sektorunun müştəri bazası 6,4% və yaxud 363 929 nəfər azalaraq bu il yanvarın 1-nə 5 352 456 nəfər olub. Bu barədə “Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Hesabat ilində bank müştərisi olan fiziki şəxslərin sayı 324 565 nəfər və yaxud 5,8% azalaraq 5 282 463 nəfər, hüquqi şəxslərin sayı 39 364 nəfər və yaxud 36% azalaraq […]