Azərbaycan

6-cı nəsil yarımdalma qazma qurğusu istismarda
Azərbaycan Materiallar

6-cı nəsil yarımdalma qazma qurğusu istismarda

Azərbaycan Prezidenti Heydər Əliyev adına 6-cı nəsil yarımdalma qazma qurğusunun açılışında iştirak edib Azərbaycan prezidenti İlham Əliyev SOCAR-ın “Caspian Drilling” şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimdə iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir. Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda ilk 6-cı nəsil üzən yarımdalma qazma qurğusunun tikintisi layihəsinin sifarişçisi funksiyalarını […]

Yeni qazma qurğusu istismara hazırdır -SOCAR
Azərbaycan Materiallar

Yeni qazma qurğusu istismara hazırdır -SOCAR

Xəzər dənizinin ən dərin hissəsində – suyun 1000 metr dərinliyində belə qazma işləri apara biləcək yeni qazma qurğusu artıq istismara hazırdır. SOCAR-ın yaydığı məlumata görə, Caspian Driling Company Ltd. və Keppel FELS Ltd. şirkəti ilə birgə tikintisi başa çatdırılmış yeni 6-cı nəsil DSS38M yarımdalma qazma qurğusu Xəzər dənizinə istismara yola salınması üçün Bakı buxtasında gözləyir. Caspian Barrel  xatırladır ki, mayın […]

SOCAR büdcəyə ödənişləri 85 mln manat artırıb
Azərbaycan Materiallar

SOCAR büdcəyə ödənişləri 85 mln manat artırıb

Neftin qiymətlərinin artımı SOCAR-ın büdcəyə ödənişlərinin ilin əvvəlindən 19%-dən çox artımına gətirib çıxarıb Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin aprel ayında dövlət büdcəsinə 133 milyon 659 min manat vəsait ödənilmişdir. Caspian Barrel SOCAR-ın mətbuat xidmətinə istinadən bildirir ki, bu göstərici 2016-cı ilin aprel ayı ilə müqayisədə 13 milyon 814 min manat və ya 111,5 faiz çoxdur. Ümumiyyətlə, cari […]

Çin “SOCAR GPC” layihəsini maliyyələşdirməyə addım atır
Azərbaycan Materiallar

Çin “SOCAR GPC” layihəsini maliyyələşdirməyə addım atır

Çin Xalq Respublikası Azərbaycanın neft-kimya sənayesinə ciddi investisiyalar etmək niyyətini bir daha təsdiqləyib. Dünən Çin Xalq Respublikasının paytaxtı Pekində “Bir kəmər – bir yol” strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forum öz işinə başlayıb. “Report” xəbər verir ki, forum çərçivəsində Azərbaycan və Çin arasında “SOCAR GPC” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb. Sənədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Çin […]

Bakıda neft şirkətinin əməkdaşı iş yerində keçinib
Azərbaycan Materiallar

Bakıda neft şirkətinin əməkdaşı iş yerində keçinib

Hələlik işçinin hansı səbəblər üçündən dünyasını dəyişdiyi müəyyən edilməyib… Lent.az-ın xəbərinə görə, N.Quliyev küçəsi 16  ünvanında  yerləşən və neft-qaz quyularının qazılması fəaliyyəti ilə məşğul olan “Caspian  Drilling Company” şirkətində çilingər vəzifəsində işləyən 1989-cu il təvəllüdlü Zeynalov Gündüz Çingiz oğlu qəfil vəfat edib. Onun meyit müayinə olunması üçün morqa aparılıb. Araşdırma aparılır. Qeyd edək ki, “Caspian  Drilling Company” şirkətinin 92.44% nizamnamə kapitalı SOCAR-a, 7.56%-i […]

Azərbaycanın Beynəlxalq Bankı müflisdirmi?
Azərbaycan Materiallar

Azərbaycanın Beynəlxalq Bankı müflisdirmi?

Azərbaycan Beynəlxalq Bankı valyuta ilə olan milyardlarla dollarlıq xarici borcunu ödəməyi dayandırıb və borcların restrukturizasiyasını, yaxud dövlətə yüklənməsi prosesini başlatdığını elan edib. Virtualaz.org xəbər verir ki, bankın bu bəyanatı Qərb maliyyə dairələrində ciddi rezonans doğurub və Azərbaycanın beynəlxalq maliyyə bazarlarına buraxdığı borc sənədlərini dəyərdən salıb. Azərbaycan Beynəlxalq Bankı ötən gün restrukturizasiya planını elan edərək bildirib ki, kreditorlarla razılaşdırılacağı təqdirdə bankın […]

“Günəşli”dəki yeni platformada hadisə
Azərbaycan Materiallar

“Günəşli”dəki yeni platformada hadisə

Dünən axşam “28 May” NQÇİ-nin 7 saylı dərin dəniz özülündə qazılan 319 saylı quyuda qazma vaxtı gil məhlulunda udulma baş verib, nəticədə qaz təzahürü əmələ gəlib. “Qafqazinfo” SOCAR-ın saytına istinadən xəbər verir ki, lazımi tədbirlər görülüb, quyunun ağzı bağlanıb, quyuağzı parametrlər nəzarət altına alınıb. Lakin sonradan, bu bu gün, təqribən saat 16 radələrində özülün yaxınlığında dəniz səthində qaz qabarcıqları ilə […]

Neft Fonduna AÇG-dən gələn gəlirlər 31% artıb
Azərbaycan Materiallar

Neft Fonduna AÇG-dən gələn gəlirlər 31% artıb

Cari ilin 4 ayında ACG-də hasilatın 0,9 mln tondan çox azalmasına baxmayaraq, Azərbaycana çatan mənfəət neftinin  dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə $467 mln artıb. Səbəb – dünya bazarlarında neftin qiymətinin yüksək olmasıdır. 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $1 mlrd. 960 mln. gəlir əldə edib. ARDNF-ın […]

I rübdə SOCAR-ın AÇG-dən aldığı səmt qazı həcmi 59% artıb
Azərbaycan Materiallar

I rübdə SOCAR-ın AÇG-dən aldığı səmt qazı həcmi 59% artıb

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan tərəfinə verilən qaz həcmləri 408 milyon kubmetr artıb 2017-ci ilin birinci rübündə BP və tərəfdaşları “Azəri-Çıraq-Günəşli” (AÇG) neft blokunun işlənməsi layihəsi çərçivəsində SOCAR-a (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 1,1 mlrd. kubmetr səmt qazı verib. Bu haqda “BP-Azerbaijan” şirkətinin ictimaiyyət üçün açıqladığı məlumatda bildirilir. BP-nin əvvəllər açıqladığı məlumatına görə, 2016-cı ilin birinci rübündə SOCAR-a AÇG […]

“Şahdəniz”də hasilatın ilk dəfə kəskin azalması qeydə alınıb
Azərbaycan Materiallar

“Şahdəniz”də hasilatın ilk dəfə kəskin azalması qeydə alınıb

 2017-ci ilin I rübübnün nəticələrinə görə, “Şahdəniz” yatağlnda hasil edilən qaz həcmləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,1% və ya 300 milyon kub metr azalıb. “BP-Azerbaijan” (“Şah-dəniz” yatağının operatoru) şirkətinin bu gün ictimaiyyət üçün açıqladığı hesabatda bildirilir ki, rüb ərzində yataqdan 2,4 milyard standart kubmetr qaz və təqribən 4,6 milyon barel kondensat hasil edilmişdir. Qeyd edək ki, 2016-cı ilin […]

“Azpetrol” ölkədə YDM-nin sayını 87-yə çatdırdı
Azərbaycan Materiallar

“Azpetrol” ölkədə YDM-nin sayını 87-yə çatdırdı

Növbəti YDM isə Qaradağ rayonu ərazisində istifadəyə veriləcək “Azpetrol” şirkəti Azərbaycanda yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini genişləndirir. Bu barədə şirkətin məlumatında deyilir. “Mayın 6-da “Azpetrol” Masazır qəsəbəsində yeni yanacaqdoldurma məntəqəsi açıb. Bu, şirkətin sayca 87-ci yanacaqdoldurma məntəqəsidir”, – deyə məlumatda bildirilir. Qeyd olunur ki, yeni məntəqənin istifadəyə verilməsi ilə 41 daimi iş yeri açılıb. “Azpetrol” yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməyi planlaşdırır. “Şirkət […]

“Azərişıq”: Texniki itkilərin səviyyəsi 9%-ə endirilib
Azərbaycan Materiallar

“Azərişıq”: Texniki itkilərin səviyyəsi 9%-ə endirilib

Yaradıldığı 27 ay müddətində “Azərişıq” tərəfindən 16 ədəd 110 kV-luq, 60 ədəd 35 kV-luq yarımstansiyanın tikintisi və avadanlıqlarla təmin edilməsi prosesi başa çatıb. Regionlar üzrə 2500 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Paytaxt Bakı və Bakı-ətrafı ərazi üzrə kifayət qədər irimiqyaslı işlər görülüb. Yasamal və Buzovnada (“Yasamal-1”, “Buzovna-2”) 110/35/10 kV-luq 2 ədəd yarımstansiya tikilərək yenidən qurulub. Eyni zamanda Nərimanovda 3, […]

Asiya İnkişaf Bankı Şahdəniz-2 layihəsinə kredit ayırdı
Azərbaycan Materiallar

Asiya İnkişaf Bankı Şahdəniz-2 layihəsinə kredit ayırdı

Bu gün Yokohamada Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankı arasında Şahdəniz layihəsinə kredit ayrılmasına dair müqavilə imzalanıb Cari ilin 6-8 may tarixlərində Yaponiyanın Yokohama şəhərində keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 50-ci İllik Toplantısı çərçivəsində, Azərbaycan Respublikası, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (CQD) və AİB arasında “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi (Şahdəniz) layihəsinin dəstəklənməsi məqsədilə 500 milyon ABŞ dolları […]

SOCAR dəniz yatağı üçün yeni platforma inşa edir
Azərbaycan Materiallar

SOCAR dəniz yatağı üçün yeni platforma inşa edir

SOCAR  “Darvin bankası” yatağı üçün yeni 730 saylı stasionar dəniz özülünün tikintisinə başlayıb. Şirkətdən verilən məlumatda bildirilir ki, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı “Neftqaztikinti” Trestidir. 16 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül 6 dayaq bloku üzərində yığılacaq və dənizin 8-8,5 metr dərinliyində yerləşdiriləcək. Ümumi sahəsi 3480 kvadrat metr təşkil edən obyekt 2 piyada körpüsü vasitəsi ilə […]

“Azəriqaz” yanvar-apreldə 133 çoxmərtəbəli binanı qazlaşdırıb
Azərbaycan Materiallar

“Azəriqaz” yanvar-apreldə 133 çoxmərtəbəli binanı qazlaşdırıb

SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) “Azəriqaz” İstehsalat Birliyi 2017-ci ilin yanvar-aprel aylarında 133 çoxmərtəbəli binanı qazlaşdırıb. SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, həmin çoxmərtəbəli binalarda 6,774 min mənzilə qaz verilir. Qeyd edək ki, 2016-cı ildə “Azəriqaz” İB 397 çoxmərtəbəli yaşayış binasını qazlaşdırıb. Xatırladaq ki, “Azəriqaz” yalnız istismara qəbul aktı almış çoxmərtəbəli yaşayış binalarına təbii qaz verir.