Azərbaycan

“Azəriqaz” yanvar-apreldə 133 çoxmərtəbəli binanı qazlaşdırıb
Azərbaycan Materiallar

“Azəriqaz” yanvar-apreldə 133 çoxmərtəbəli binanı qazlaşdırıb

SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) “Azəriqaz” İstehsalat Birliyi 2017-ci ilin yanvar-aprel aylarında 133 çoxmərtəbəli binanı qazlaşdırıb. SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, həmin çoxmərtəbəli binalarda 6,774 min mənzilə qaz verilir. Qeyd edək ki, 2016-cı ildə “Azəriqaz” İB 397 çoxmərtəbəli yaşayış binasını qazlaşdırıb. Xatırladaq ki, “Azəriqaz” yalnız istismara qəbul aktı almış çoxmərtəbəli yaşayış binalarına təbii qaz verir.

Azərbaycan apreldə gündəlik neft hasilatını artırıb
Azərbaycan Materiallar

Azərbaycan apreldə gündəlik neft hasilatını artırıb

Azərbaycanda gündəlik neft hasilatı yanvar ayı ilə müqayisədə 12,8 min barel azalıb Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan cari ilin aprel ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Caspian Barrel-ə AR Energetika nazirliyindən verilən […]

Enerjisəmərəliliyi və enerjieffektivliyi üzrə nazirliklərarası işçi qrupunun ilk iclası
Azərbaycan Materiallar

Enerjisəmərəliliyi və enerjieffektivliyi üzrə nazirliklərarası işçi qrupunun ilk iclası

Energetika Nazirliyində Avropa Komissiyasının “EU4Energy” proqramı çərçivəsində Enerji Xartiyası Katibliyi ilə birgə hazırlanan “Enerjisəmərəliliyi və enerjieffektivliyi haqqında” qanun layihəsi ilə bağlı işçi qrupu səviyyəsində müzakirələr aparılıb. İşçi qrupunun ilk iclasında Enerji Xartiyası Katibliyi ilə yanaşı İqtisadiyyat, Ədliyyə, Rabitə, nəqliyyat və yüksək texnologiyalar, Ekologiya və təbii sərvətlər nazirlikləri, ”Azərenerji” ASC, “Azərişıq” ASC “Azəristiliktəchizat” ASC, Dövlət Statistika və Dövlət Şəhərsalma və Arxitektura […]

“Neft Daşları” yatağında yeni quyu qazılır
Azərbaycan Materiallar

“Neft Daşları” yatağında yeni quyu qazılır

“Neft Daşları” yatağındakı 602A nömrəli stasionar dəniz özülündən 2666 nömrəli quyunun qazma işləri davam etdirilir. “Caspian Barrel-in Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1620 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan gündəlik 10 ton neft və […]

Çinin Azərbaycanda marağı – Neft-kimya kompleksi
Azərbaycan Materiallar

Çinin Azərbaycanda marağı – Neft-kimya kompleksi

Qaradağda inşa edilməsi nəzərdə tutulan neft kimya və qaz emalı kompleksinin tikintisi 2023-cü ilədək başa çatmalıdır Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Çinin CNPC şirkəti ilə SOCAR GPC layihəsinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparır. Trend-in məlumatına görə, bunu “SOCAR Polymer” şirkətinin maliyyə direktoru Fuad Əhmədov deyib. Onun sözlərinə görə, layihə ilə bağlı yekun investisiya qərarının 2018-ci ilin əvvəlinədək qəbul olunması […]

İlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunun açılışında
Azərbaycan Materiallar

İlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunun açılışında

Prezident İlham Əliyev Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışında iştirak edib. Prezident İlham Əliyev şəhərciyin açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, Bakı Ali Neft Məktəbinin şəhərciyinin inşasına 2012-ci ilin aprel ayında başlanılıb. Şəhərciyin ümumi ərazisi 7 hektardır. Bunun 47 min kvadratmetri ümumi tikinti sahəsi, 42 min kvadratmetri isə əsas korpusun sahəsidir. Şəhərcikdə […]

Neft Fondu hərraclarda valyuta satışını getdikcə azaldır
Azərbaycan Materiallar

Neft Fondu hərraclarda valyuta satışını getdikcə azaldır

Neft Fondu ilin əvvəlindən valyuta hərraclarında artıq 1 milyard dollardan artıq vəsait satıb Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 2017-ci ilin aprel ayı ərzində 220,8 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bbu barədə ARDNF-in mətbuat xidmətinin açıqladığı məlumatda bildirilib.       Caspian Barrel qeyd edir ki, cari ilin ilk dörd ayında Neft Fondu valyuta hərraclarında 1 milyard […]

Neftdən gələn gəlirlərə sahiblik – müstəqillik budur!
Azərbaycan Materiallar

Neftdən gələn gəlirlərə sahiblik – müstəqillik budur!

Azərbaycan Prezidenti İlham Əliyev bu gün neftin müstəqil Azərbaycanın ictimai-siyasi həyatındakı rolu ilə bağlı bir sıra açıqlamalar verib. Prezidenti İlham Əliyev aprelin 26-da SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub. Hasilat yubileyləri və hakimiyyət Caspian Barrel dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Tədbirdə Prezidentə məlumat verən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt […]

Azərbaycanın ilk neft quyusu tarixi görkəmində
Azərbaycan Materiallar

Azərbaycanın ilk neft quyusu tarixi görkəmində

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da SOCAR-ın Bibiheybət mədənində olub.  President.az xəbər verir ki, dövlət başçısı ərazidə dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub. AZƏRTAC xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, XIX əsrdə burada “Nobel qardaşları neft hasilatı şirkəti”nə məxsus neft və neft məhsullarının daşınması […]

SOCAR-ın Maltadakı biznesi işə düşdü – VİDEO
Azərbaycan Materiallar

SOCAR-ın Maltadakı biznesi işə düşdü – VİDEO

Aprelin 24-də Maltanın Marsaşlokk şəhərində təsisçilərindən biri “SOCAR Traiding” olan “ElectroGas Malta” şirkəti tərəfindən inşa edilən qaz terminalı və elektrik stansiyasının açılış mərasimi keçirilib. “Report” xəbər verir ki, SOCAR LNG (maye təbii qaz) şəklində Maltaya, yeni elektrik stansiyasına qaz tədarük etməklə, eləcə də onu “Enemalta” dövlət enerji şirkətinə satmaqla ölkədə elektrik enerjisi mənbəyi kimi mazutdan tam imtina edilməsi üçün şərait […]

Obyektlərdən artıq 200-dən çox neftçi təxliyyə edilib
Azərbaycan Materiallar

Obyektlərdən artıq 200-dən çox neftçi təxliyyə edilib

Xəzərdə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar küləyin sürətinin  34 m/saniyəyə qədər artması gözlənilir Əməyin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə bu gün və sabah, açıq dənizdə küləyin güclənməsi ilə əlaqədar, “Azneft” İB tərəfindən dəniz Neft-Qaz Çıxarma idarələrinin bütün sahələrindən, ən zəruri olan işçilər istisna olmaqla, cəmi 204 həmkarımız təxliyyə edilib. Bu haqda “Azneft” İstehsalat Birliyindən Caspian Barrel-ə məlumat veriblər. Bildirildiyinə förə, açıq dənizdə […]

Natiq Əliyev ABŞ-a dəvət alıb
Azərbaycan Materiallar

Natiq Əliyev ABŞ-a dəvət alıb

Azərbaycan Texasda keçiriləcək “Dənizdə Texnologiyalar Konfransı”na qatılacaq Energetika naziri Natiq Əliyev 1-4 may tarixlərində ABŞ-a işgüzar səfərə gedəcək. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir. “Məqsəd ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək neft və qaz sənayesi üzrə ən böyük sərgi və konfrans sayılan “Dənizdə Texnologiyalar Konfransı”nda iştirak etməkdir”, – deyə məlumatda bildirilir. Konfransda N.Əliyevin Azərbaycanın neft-qaz sahəsində əldə etdiyi nailiyyətlər, Xəzərin […]

Neft qiymətləri azalandan sonra hərbi xərclər necə dəyişib?
Azərbaycan Materiallar

Neft qiymətləri azalandan sonra hərbi xərclər necə dəyişib?

Azərbaycan hərbi xərclərin azaldılması tempinə görə dünyada ilk üçlüyə daxil olub Stokholm Beynəlxalq Sulh Tədqiqatları İnstitunun (SIPRI) hesabatına görə, 2016-cı ildə Dünya üzrə hərbi xərclər $1,6 trilyon təşkil edib. Lider ölkə həmişəki kimi ABŞ-dır – $611 mlrd. Hərbi xərclərə görə “üçlüyə”  Çin ($215 mlrd – hərbi xərclərini 5,4% artırıb) və Rusiya ($69,2 mlrd) daxil olublar. Rusiya “hərbi üçlükdən” özünün neft […]

Azərbaycan OPEK planlarını artıqlaması ilə yerinə yetirib
Azərbaycan

Azərbaycan OPEK planlarını artıqlaması ilə yerinə yetirib

Artıq xəbər verdiyimiz kimi, Azərbaycanda I rübün nəticələrinə görə, neft hasilatında yenidən böyük templə aşağı düşmə qeydə alınıb – 9,9%, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı 1 milyon 53 min ton azalıb.  Azərbaycan energetika nazirliyinin ictimaiyyət üçün açıqladığı rəsmi rəqəmlərdən məlum olur ki, ölkəmiz  2016-cı il dekabrın 10-da Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və  kartelə […]

Azərbaycanda əmtəəlik qaz azalıb, yoxsa artıb? – araşdırma
Azərbaycan

Azərbaycanda əmtəəlik qaz azalıb, yoxsa artıb? – araşdırma

Dövlət Statistika Komitəsinin özünün hesbatlarınındakı rəqəmləri müqayisə etsək, azalma var, ancaq rəsmən artımı təqdim edirlər Dövlət Statistika Komitəsi 2017-ci ilin I rübünün yekunlarına həsr olunmuş hesabatında bildirir ki, ölkədə 6 954,9 milyon kub metr qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8% azalma deməkdir. Statkomun ötən ilki hesabatında bu göstərici 7 556,8  milyon kubmetr kimi qeyd olunub. […]