Yanvarın 6-da fevral ayında təhvil verilməklə qaz fyuçerslərinin qiyməti min kubmetr üçün 758,5 dollar təşkil edib.
Avropada qazın qiymətləri ilk ticarət həftəsini illik ifadədə təxminən üçdə bir dəfə azalaraq min kubmetr üçün təxminən 760 dollar səviyyəsində başa vurub.
London ICE birjasının məlumatlarına əsasən, qaz qiymətləri son 16 ayda ilk dəfə 700 dollardan aşağı həddə düşüb.
Fevralda tədarük üçün qaz fyuçerslərinin qiyməti yanvarın 6-da keçirilən hərracların sonunda min kubmetr üçün 758,5 dollar təşkil edib ki, bu da ötən ilin analoji tarixindəki göstəricidən (1127,5 dollar) 32,7% aşağıdır.
Qeyd edək ki, yanvarın 5-də kotirovkalar 16 ayda ilk dəfə – 2021-ci il sentyabrın 10-dan etibarən 700 dollardan (696,8 dollar) aşağı həddə düşmüşdü.