logo

TAP konsorsiumu beynəlxalq sertifikatlar alıb

Views: 146

Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu Yunanıstanda TÜV HELLAS (TÜV NORD) sertifikasiya orqanında sertifikasiyadan keçib.

Trend bu barədə bu gün Yunanıstan KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, TÜV HELLAS TAP operatorunun və boru xəttinin obyektlərinin təftişini keçirib və konsorsiuma ISO 9001:2015 beynəlxalq standartına uyğun keyfiyyət idarəetməsi; ISO 14001:2015 beynəlxalq standartına uyğun ekologiya idarəetməsi; ISO 45001:2018 beynəlxalq standartına uyğun əməyin mühafizəsi və təhlükəsizlik texnikası sistemi üzrə sertifikatlar verib.

Qeyd edək ki, TÜV HELLAS (TÜV NORD) Almaniyanın TÜV NORD GROUP şirkətinə daxildir. TÜV HELLAS Yunanıstanda 1987-ci ildən sertifikasiya fəaliyyəti göstərir.

0

Your Cart