logo

Azərbaycan ixrac qazının yarıdan çoxunu Avropa bazarında satıb

Views: 594

Cari ilin yanvar-sentyabr aylarının yekununa görə, Azərbaycanın ixrac etdiyi qazın 50,9%-i Avropa bazarına yönəlib

2022-ci ilin 9 ayında Azərbaycanda 34,4 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 8,6% çoxdur.

Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Qazın 10 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 18,5 milyard kubmetri “Şahdəniz”dən, 5,9 milyard kubmetri SOCAR üzrə hasil olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 200 milyard kubmetr, “Şahdəniz”dən isə 176 milyard kubmetrə yaxın qaz hasil edilib.

Nazirliyin məlumatına görə, hesabat dövründə xaricə qaz satışı 16,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz çoxdur.

9 ay ərzində Avropaya 8,3 milyard kubmetr, Türkiyəyə 6,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz ixrac edilib.

Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 4,2 milyard kubmetrə yaxın qaz nəql olunub.

Caspian Barrel

0

Your Cart