logo

Azərbaycanda neft hasilatı 5% azalıb, qaz hasilatı isə 10% artıb

Views: 465

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 21 milyon 869,8 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 5,1% azdır.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən məlumat yayıb.

Bundan əlavə, 21 milyon 809,4 min ton əmtəəlik neft (kondensatla birlikdə) hasil edilib, azalma 5,2% olub.

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 30 milyard 656,7 milyon kubmetr qaz (artım 9,8%), 22 milyard 930 milyon kubmetr əmtəəlik qaz (artım 11,3%) hasil edilib.

2021-ci ildə Azərbaycanda 34 milyon 580,7 min ton neft (qaz kondensatı ilə birlikdə, artım 0,1%), 43 milyard 863,5 milyon kubmetr qaz (artım 18,1%) hasil edilib.

0

Your Cart