Azərbaycan qazın nəqlindən xeyli qazanc əldə edib
2021-ci ilin yekunları üzrə “Cənub Qaz Dəhlizi” (CQD) QSC-nin xalis mənfəəti $797,623 milyon təşkil edib (artım 42,6 dəfə).
Bu barədə “İnterfaks-Azərbaycan”ın əldə etdiyi QSC-nin 2021-ci il ərzində audit olunmuş maliyyə hesabatında deyilir.
Ötən il ərzində CQD-nin gəlirləri $1 milyard 763,092 mln. (artım 2 dəfə), satışların maya dəyəri $328,717 milyon (artım 11,2%) təşkil edib.
2021-ci ilin yekunları üzrə cəmiyyətin əməliyyat gəliri $1 milyard 130,710 milyon təşkil edib (artım 3,1 dəfə). Eyni zamanda, 2021-ci ildə CQD–nin maliyyə xərcləri $417,343 milyon olub (artım 5,5%).
Nəitcədə, 2021-ci ilin yekunları üzrə cəmiyyətin vergi ödənilənədək $813,03 milyon təşkil edib (artım 38 dəfə).
Hesabata əsasən, 2021-ci ilin sonuna QSC-nin aktivləri $12 milyard 672,722 milyon (azalma 0,1%), o cümlədən qısamüddətli aktivləri $819,784 milyon (artım 65,3%), uzunmüddətli aktivləri $11 milyard 852,938 milyon (azalma 2,7%) təşkil edib.
2022-ci ilin əvvəlinə “Cənub Qaz Dəhlizi” QSC-nin öhdəlikləri $8 milyard 647,504 milyon (azalma 8.5%), o cümlədən qısamüddətli öhdəlikləri $858,751 milyon (azalma 19,4%), uzunmüddətli öhdəlikləri $7 milyard 788,789 milyon (azalma 7,1%) məbləğində olub.
2021-ci ilin sonuna QSC-nin kapitalı $4 milyard 25,218 milyona (artım 24,7%), həmçinin səhmdar kapitalı $2 milyard 415,8 milyona (dəyişməyib) bərabərdir.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.