logo

Şahbazov: “BTC ilə 463 milyon ton Azərbaycan nefti nəql olunub”

Views: 280

Azərbaycanın əsas ixrac boru kəməri Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tam istismara verilməsindən 16 il ötür.

“Report” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, bu müddətdə BTC ilə 463 milyon tonu Azərbaycan nefti olmaqla ümumilikdə, təxminən, 518 milyon ton neft nəql olunub.

Nazirin sözlərindən belə qənaətə gəlmək mümkündür ki, BTC ilə indiyə qədər 55 milyon ton tranzit nefti nəql edilib.

Xatırladaq ki, hazırda Azərbaycandan BTC boru kəməri ilə Azəri-Çıraq-Günəşli (AÇG) nefti və Şahdənizdən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan neft nəql edilir.

BTC vasitəsilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından hasil edilən kondensat nəql olunur. “BTC Co”-nun səhmdarları aşağıdakılardır: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (%), “Itochu” (3,4 %); INPEX (2,5 %), “Exxon Mobil” (2,5 %) və “ONGC (BTC) Limited” (2,36 %).

0

Your Cart