logo

Eni 2025-ci ilə qədər Rusiya qazından tamamilə imtina edə bilər

Views: 596

İtaliyanın Eni enerji şirkəti 2025-ci ilə qədər hazırda aldığı Rusiya qazının həcmini tamamilə əvəz edə bilər. “Caspian Barrel” bu haqda şirkətin hesabatına istinadən xəbər verir.

“Təşəbbüslər 2025-ci ilə qədər İtaliya bazarına Rusiyadan hər il idxal edilən 20 milyard kubmetr qazın 100%-nə ekvivalent həcmdə qazın tədarükünü təmin etmək məqsədi daşıyır”, – deyə hesabatda qeyd edilir.

Şirkət İtaliyaya və daha sonra Avropaya alternativ qaz tədarükü mənbələrini təmin etməyi planlaşdırdığını vurğulayır. Şirkət həmçinin Əlcəzair, Misir və Konqo ilə yeni qaz tədarükü müqavilələri imzalayıb və Liviya, Anqola, Mozambik, İndoneziya da daxil olmaqla qlobal qaz portfelinin şaxələndirilməsi hesabına digər ölkələrdən əlavə qaz idxal etmək imkanlarının yaradılması haqda məlumat verir.
Qeyd edək ki, iyun ayında Eni dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) layihəsi olan Qətərdəki “North Field East”-ə daxil olub.

0

Your Cart