logo

Azərbaycan yanvar-may aylarında İtaliya və Yunanıstana qaz ixracını 3 dəfə artırıb

Views: 547

2022-ci ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 9 milyard 458 milyon 59,77 min kubmetr qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Bu dövrdə qaz ixracından $5 milyard 994 milyon 793,6 min məbləğində gəlir (artım 4,5 dəfə) əldə edilib. Azərbaycandan ümumi ixracın 61,4%-i qaz ixracının payına düşüb.

2022-ci ilin yanvar-may aylarında ixracın əsas həcmi – $639 milyon 440,02 min məbləğində 3 milyard 625 milyon 460,63 min kubmetr qaz (bütün ixracın 38,3%-i) Türkiyənin payına düşüb.

2022-ci ilin yanvar-may ayarında ayında ölkələr üzrə qaz ixracının strukturu aşağıdakı kimidir:

Ölkə Həcm, 1000 m3 Müqayisə Gəlir Müqayisə

Türkiyə3 625 460,63-38,4%1 057 719,48+31,4%
Gürcüstan1 624 551,17-11,4%226 558,13-5,3%
İtaliya3 571 372+ 3,1 dəfə4 193 647,84+17,2 dəfə
Bolqarıstan126 236,5+37,2%33 570,61+ 2,75 dəfə
Yunanıstan383 081,08+ 3 dəfə478 463,51+14,6 dəfə
Cəmi9 458 059,77+3,1%5 994 793,6+4,5 dəfə

Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.

TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.

Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulub. Kəmərin ötürücülük qabiliyyəti onun gücünü iki dəfə – ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.

2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr, 2022-ci ilin birinci rübündə isə 2,6 milyard kubmetr qaz ixrac edib. 2022-ci ildə Azərbaycan qazının ixrac həcmi 24 milyard kubmetr təşkil edəcək.

Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) da ixrac edilir.

İnterfaks-Azərbaycan

0

Your Cart