logo

Brent markalı neftin qiyməti 109 dollardan aşağı endi

Views: 97

Brent markalı neftin fyuçers qiymətləri mayın 19-dan bəri ilk dəfə bir barel üçün 109 dollardan aşağı düşüb

Neftin qiymətinin azalması 5%-ə qədər sürətlənib, London birjasının məlumatlarına görə, Brent markalı neftin qiyməti mayın 19-dan bəri ilk dəfə olaraq psixoloji 110 dollar səviyyəsindən aşağı qiymətdə ticarət edilməyə başlayıb.

Bu gün keçirilən hərraclarda Bakı vaxtı ilə saat 11.07-ə olan məlumata görə, Brent markalı neftin avqust fyuçerslərinin qiyməti 5,09% azalaraq bir barel üçün 108,9 dollar təşkil edib.

Həmin zamana WTI (Qərbi Texas markalı neft)-ın avqust fyuçersləri 5,54% azalaraq 103,44 dollar olub.

Caspian Barrel

0

Your Cart