logo

“Bahar” yatağında qaz hasilatı xeyli azalıb

Views: 158

2021-ci ildə “Bahar” yatağında qaz hasilatının həcmi 169 milyon kubmetr təşkil edib.

Trend bu barədə Hesablama Palatasının hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, bu göstərici 243 milyon barel həcmində proqnozlaşdırılırdı. Beləliklə, “Bahar” yatağının istehsalat planı 70 faiz yerinə yetirilib.

Hesablama Palatasının məlumatına əsasən, “Bahar” yatağından karbohidrogenlərin satışından gəlir 1 milyon dollar olub ki, bu da proqnozu dörd dəfədən çox üstələyib.

Qeyd olunur ki, bəzi quyularda təmir işləri və layların köhnəlməsi gözləniləndən daha az hasilat həcminə səbəb olub.

0

Your Cart