logo

Azərbaycanda neft hasilatı 2,6% azalıb, qaz hasilatı 15,5% artıb

Views: 209

2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 13 milyon 933,6 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 2,6% azdır.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bundan əlavə, 13 milyon 894,1 min ton əmtəəlik neft (kondensatla birlikdə) hasil edilib, azalma 2,7% olub.

2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 19 milyard 639,8 milyon kubmetr qaz (artım 15,5%), 14 milyard 874 milyon kubmetr əmtəəlik qaz (artım 18,5%) hasil edilib.

2021-ci ildə Azərbaycanda 34 milyon 580,7 min ton neft (qaz kondensatı ilə birlikdə, artım 0,1%), 43 milyard 863,5 milyon kubmetr qaz (artım 18,1%) hasil edilib.

0

Your Cart