logo

Azərbaycanda avtomobil yanacağı istehsalı kəskin azalıb

Views: 240

H.Əliyev adına neftayırma zavodunda yanvar-may aylarının yekunu olaraq avtomobil benzini istehsalı 19,2%, dizel yanacağı istehsalı isə 33,4% azalıb

2022-ci ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 18,4% – 1 milyard 365,5 milyon manata qədər ($803,2 milyon) azalıb.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən məlumat yayıb.

Hesabat dövründə 199,1 min ton təyyarə yanacağı (artım 5,1%), 61,4 min ton soba mazutu (artım 2,5 dəfə), 129,4 min ton neft bitumu (artım 40,3%), 386,8 min ton avtomobil benzini (azalma 19,2%), 677 min ton dizel yanacağı (azalma 33,4%), 111,9 min ton birbaşa qovulan benzin – nafta (azalma 36,7%), 17,1 min ton sürtkü yağları (azalma 25,3%), 61 min ton neft koksu (azalma 44,8%) istehsal edilib.

2022-ci ilin yanvar-may aylarında neft məhsullarının istehsalında azalma aprelin 4-dən mayın 27-dək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda aparılan planlı təmir işləri ilə əlaqədar olub.

2022-ci il iyunun 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 3,7 min ton avtomobil benzini, 2,3 min ton nafta, 9,1 min ton təyyarə yanacağı, 7 min ton dizel yanacağı, 9,6 min ton soba mazutu, 4,5 min ton sürtkü yağı, 7,6 min ton neft bitumu, 7,4 min ton neft koksu var.

Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu – Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.

0

Your Cart