logo

Azərbaycan qazını nəql edəcək IGB kəmərinin işə düşəcəyi vaxt açıqlanıb

Views: 110

Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə Azərbaycan qazının Bolqarıstana tədarükü iyulda başlaya bilər.

Trend-in məlumatına görə, bunu Bolqarıstanın baş naziri Kiril Petkov deyib.

“Ümid edirəm ki, bizim növbəti böyük qələbəmiz iyul ayında Yunanıstanla qaz kəmərinin açılışı olacaq. Azərbaycan qazı bu xətt vasitəsilə nəql olunacaq. Mən tədarük həcmlərinin təsdiq olunması üçün bu həftə Bakıda olacağam. Tezliklə, bir milyard kubmetr qazın nəqli nəzərdə tutulur. İyul-avqust aylarında həmin həcmin Bolqarıstana bazar qiymətindən daha ucuz daxil olacağını gözləyirik”, – baş nazir deyib.

0

Your Cart