logo

SOCAR “Ümid” yatağından hasilatın artırılması layihəsinin vaxtını açıqladı

Views: 157

Cari ilin sentyabrında “Ümid” yatağından hasilatın artırılması layihə çərçivəsində tikinti işlərinin yekunlarışdırılması planlaşdırılır.

Caspian Barrel bu haqda SOCAR-ın “Teleqramm” kanalındakı yerləşdirilən video-təqdimata istinadən əsasən xəbər verilir.

Məlumata əsasən, “Ümid-1 stasionar səniz özülündə hasilatın sürətləndirilməsi” layihəsi 4 mərhələdən ibarətdir olacaq:

– hasilat platformasının yenidənqurulması və iki quyunun qazılması;

– uzunluğu 54 km olan 20 düyməlik (500 mm-lik) sualtı nəql xəttinin və onun quruda olan təqribən 3.7 km hissəsinin çəkilməsi; 

– “Daşgil-2” terminalından 20 düyməlik 32,4 km uzunluqda qaz nəql xəttinin tikintisi; 

– yeni qaz kəmərinin Səngəçal Baş Qurğularında SOCAR-ın qaz nəql sisteminə birləşməsi.

«Layihə qrafikə uyğun olaraq reallaşdırılır. Bütün tikinti işlərinin cari ilin sentyabr ayında tamamlanması planlaşdırılır”, – məlumatda deyilir.

Bu layihə həyata keçirildikdək sonra “Ümid-1” stasisionar dəniz özülündən qaz hasilatının gündəlik olaraq 3 milyon kubmetrdən 8,1 milyon kubmetrə, kondensat hasilatı isə 3,6 min bareldən 9 min barelədək artırılması nəzərdə tutulur.

“Ümid” yatağı Bakıdan 75 km cənuba doğru yerləşir. Yataq 2010-cu ildə açılıb, onun işlənməsinə 2012-ci ildə başlanılıb, ötən il qaz hasilatı 1,3 milyard kubmetrə qədər artırılıb. SOCAR geoloqları “Ümid” yatağının ehtiyatlarını 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndiirlər.

0

Your Cart