logo

OPEC+ çərçivəsində Azərbaycanın neft kvotası artırıldı

Views: 302

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin
nazirlərinin 28-ci iclasında gündəlik neft hasilatının iyunda 432 min barrel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

Caspian Barrel Azərbaycan Energetika nazirliyi mətbuat xidmətinə istindadən bildirir ki, 2022-ci il iyun ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 7 min barrel artırılaraq 695 min barrelə çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, OPEC+ ölkələri cari ilin mart ayında neft hasilatının azaldılmasına dair razılaşmanı 157% icra ediblər, OPEC ölkələri üzrə göstərici 155%, qeyri-OPEC ölkələri üzrə göstərici 161% təşkil edib.

OPEC+ Texniki Komitəsinin hesabatına əsasən, Azərbaycan mart ayında OPEC+ kvotasından gündəlik olaraq 85 min barel az neft çıxarıb. Azərbaycanın OPEC+ kvotasından az neft istehsal etməsi onun yataqlarında neft hasilatının təbii azalması ilə əlaqədardır.

0

Your Cart