logo

Neft 1%-dən çox bahalaşıb

Views: 135

Dünya bazarlarında neft 1%-dən çox bahalaşıb. İnvestorlar ABŞ-dan neftin ixracına qadağanın tətbiq edilməsi perspektivlərini qiymətləndirirlər.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 1,21% bahalaşaraq 1 bareli 112,03 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 1,22% artaraq 1 bareli 111,11 ABŞ dolları təşkil edib.

Qiymət artıma ABŞ-ın energetika naziri Cennifer Qranholmun yanacaq qiymətlərinin artımına imkan verməmək üçün ölkədən neft ixracına qadağanın tətbiqinin istisna edilmədiyi barədə bəyanatı səbəb olub.

Bundan başqa, Aİ-nin Rusiyadan tədarükə tətbiq edilən məhdudiyyətlər də diqqət mərkəzində qalmaqdadır.

ABŞ-da neftin kommersiya ehtiyatları ilə bağlı statistika “qara qızıl”ın qiymətinə təsirsiz ötüşüb. Belə ki, mayın 20-dək olan həftə ərzində ABŞ-da neftin ehtiyatı gözlənilmədən 0,567 milyon barel artıb. Analitiklər ehtiyatların 0,69 milyon barel azalacağını güman edirdilər.

ABŞ-ın Energetika Nazirliyi ölkədə neftin kommersiya ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq.

0

Your Cart