logo

İlin әvvәlindәn SOCAR LNG ticarətinin həcmini üçdə bir artırıb

Views: 91

2022-ci ilin yanvar-aprel aylarında SOCAR şirkəti beynəlxalq bazarlarda 2,01 milyard kubmetr maye qaz (LNG) satıb.

“Yanvar-apreldə SOCAR şirkəti tərəfindən LNG-nin ticarət həcmi 2,10 milyard kubmetr təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 33% çoxdur”, – SOCAR-ın Teleqram kanalında məlumat verilir.

SOCAR-ın məlumaına görə, 4 ay ərzində üçüncü ölkələrin neft və neft məhsullarının ticarətinin həcmi 14,65 milyon tona yaxın təşkil edib.

“Hazırda şirkət dünyanın 40 ölkəsində 100-dən artıq məntəqəyə “Azeri Light” markalı Azərbaycan nefti tədarük edir, həmçinin uğurla üçüncü ölkələrin neft və neft məhsullarının ticarəti ilə məşğul olur. Yanvar-aprel aylarında üçüncü ölkələrin neft ticarətinin həcmi 13,341 milyon ton, neft məhsullarının ticarəti – 1,306 milyon ton təşkil edib”, – məlumatda deyilir.

Xəbər verildiyi kimi, beynəlxalq bazarlarda neft, neft məhsulları və qaz satışı üzrə əməliyyatlarla SOCAR-ın ticarət törəmə şirkəti – “SOCAR Trading SA” məşğul olur. Şirkət 2007-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. “SOCAR Trading SA” şirkətinin mənzil-qərargahı Cenevrədə (İsveçrə) yerləşir.

interfax

0

Your Cart