logo

Etilen-polietilen zavodu təmirdən sonra işini bərpa edir

Views: 88

“Azərikimya” İistehsalat Birliyinin Etilen-polietilen zavodu planlı təmirdən sonra mayın 16-dan etibarən işini bərpa edəcək.

Trend-in məlumatına görə, bunu zavodun direktoru Oqtay Niftəliyəv deyib.

Onun sözlərinə görə, zavod aprelin 4-də Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə eyni zamanda planlı təmirə dayanmışdı.

“Neft emalı zavodu işini bərpa etməsə belə, “Azərikimya”nın mayın 16-dan işini bərpa etməsi üçün kifayət qədər xammalı var”, – deyə o bildirib.

0

Your Cart