logo

Azərbaycanda ilin əvvəlindən neft hasilatı və ixracı azalıb

Views: 222

2022-ci ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 11,1 milyon ton neft (kondensatla birlikdə, azalma 3,6%) hasil edilib.

Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.

Respublika üzrə neft hasilatının 7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,5 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,6 milyon ton təşkil edib.

Ölkədə neftin emalı 2022-ci ilin yanvar-aprel aylarında 1,8 milyon ton (azalma 10,5%) təşkil edib.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 may 2022-ci il tarixinədək 589 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 553 milyon ton neft, “Şahdəniz”dən isə 36 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin 1 may tarixinədək 589 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub ki, bu da 2021-ci ilin müvafiq dövrünə nisbətən 5,3% azdır.

“Bunun 8,5 milyon tona yaxını “Azəri-Çıraq-Günəşli” neftinin və “Şahdəniz” kondensatının, 448 min tonu isə SOCAR-ın payına düşür”, – deyə məlumatda bildirilir.

İnterfaks – Azərbaycan

0

Your Cart