logo

Azərbaycan yanvar-aprel aylarında qaz hasilatını 14% artırıb – nazirlik

Views: 164

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 15,7 milyard kubmetr təbii qaz (neft quyularına vurulan həcmlər də nəzərə alınmaqla) hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,4% çoxdur.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.

“Qazın 4,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundan, 8,5 milyard kubmetri “Şahdəniz”dən, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunub.

Hesabat dövründə xaricə qaz satışı 7,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4% çoxdur. Cari ilin yanvar-aprel aylarında Türkiyəyə 2,9 milyard kubmetr, Avropaya 3,5 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb.

Bu dövrdə BTC boru kəməri sisteminə 36 milyon kubmetr qaz verilib. Türkiyəyə TANAP-la bu müddətdə 2 milyard kubmetrə yaxın qaz nəql olunub.

Yataqlar istismara veriləndən cari ilin 1 may tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 195 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 166 milyard kubmetrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 114 milyard kubmetrdən çox həcmi ixraca nəql edilib.

0

Your Cart