logo

Azərbaycan gündəlik olaraq OPEC+ kvotasından 103 min barel az neft çıxarıb

Views: 139

Söhbət 2022-ci il üçün ayrılmış kvotalardan və onlara əməl olunması hesabatından gedir

2022-ci ilin aprel ayında Azərbaycanda gündəlik neft hasilatı 579,1 min barel təşkil edib.

Caspian Barrel Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, cari ilin apreli üçün OPEC+ kvotaları çərçivəsində Azərbaycan 682 min barel neft çıxarda bilərdi. Beləliklə, Azərbaycan onun üçün nəzərdə tutulmuş kvotalardan gündəlik olaraq 102,9 min barel az neft hasil edib.

Energetika nazirliyinin məlumatına əsasən, 2022-ci ilin aprel ayında Azərbaycanda gündəlik neft hasilatı kondensatla birlikdə 693,1 min barrel təşkil edib. Bunun 579,1 min barrelini xam neftin, 114 min barreli isə kondensatın payına düşüb.

Nazirliyin neft hasilatı üzrə açıqladığı aylıq göstəricilərindən çıxış etsək görərik ki, hasilat apreldə ilin əvvəlindən gündəlik olaraq 1,8 min barel azalıb:

0

Your Cart